Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

İRAN SƏFİRİ ÖLKƏSİNİN MƏDƏNİYYƏT MƏRKƏZİNİN ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNA HƏDİYYƏ ETDİYİ KİTABLARIN TƏQDİMATINDA İŞTİRAK EDİB

19 May 2021

İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi mayın 19-da AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. Səfiri İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əli Purmərcan müşayiət edib. Seyid Abbas Musəvi Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüb.

G.Baxşəliyeva Şərqşünaslıq İnstitutunun elmi istiqamətləri barədə məlumat verərək, iranşünaslıq sahəsində aparılan tədqiqatlardan, görkəmli alimlərimizin elmimizə bu sahədə verdikləri böyük töhfələrdən ətraflı danışıb.

Ölkələrimiz arasında elm və təhsil sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu deyən Gövhər xanım, bu cür görüşlərin hər iki tərəfin elmi əlaqələrinin genişlənməsinə böyük fayda verdiyini qeyd edib.

Seyid Abbas Musəvi Azərbaycan – İran əlaqələrindən danışaraq elmi əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.

Daha sonra İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi tərəfindən Şərqşünaslıq İnstitutuna hədiyyə edilən kitabların təqdimatı olub. Gövhər Baxşəliyeva kitabları təqdim etdiklərinə görə  İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəviyə və İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əli Purmərcana təşəkkürünü bildirərək, bu kitabların iranşünas alimlərin elmi tədqiqatları üçün faydalı olacağına əminliyini bildirib.

Download Template Joomla 3.0 free theme.