Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTU İLƏ İRAQIN ELM VƏ TƏHSİL MÜƏSSİSƏLƏRİ ARASINDA ƏMƏKDAŞLIQ PERSPEKTİVLƏRİ MÜZAKİRƏ EDİLİB

17 May 2021

İraq Respublikasının Azərbaycandakı Səfirliyinin birinci katibi  Huthayfa Z.Mahmud mayın 17-də AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. İraqlı diplomat Şərqşünaslıq İnstitutunun direktoru, akademik  Gövhər Baxşəliyeva ilə görüşüb.

G.Baxşəliyeva Azərbaycanın ərəb ölkələri ilə elmi, mədəni əlaqələrindən söz açaraq, bu əlaqələrin möhkəmlənməsində şərqşünas alimlərin mühüm rolunu qeyd edib. Gövhər xanım Şərqşünaslıq İnstitutunda ərəb ölkələrinin tarixi, iqtisadiyyatı, ərəb dili və ədəbiyyatı ilə bağlı aparılan tədqiqatlardan, nəşr olunan kitablardan söz açıb, ərəb mənbələrində bir çox xalqların, o cümlədən Azərbaycanın tarixinə dair mühüm məlumatların olduğunu qeyd edib.

 

Huthayfa Z.Mahmud Şərqşünaslıq İnstitutunda ərəbşünaslıq sahəsində aparılan tədqiqatların onda maraq doğurduğunu bildirib.

Görüşdə Şərqşünaslıq İnstitutu ilə İraqın elm və təhsil müəssisələri arasında əməkdaşlığın perspektivləri müzakirə edilib. Qarşılıqlı elmi ezamiyələr, konfranslarda iştirak və digər sahələrdə əməkdaşlıq imkanları barədə söhbət aparılıb.

Download Template Joomla 3.0 free theme.