Ulu öndərin sovetlər dövründə respublikamıza rəhbərlik etdiyi illərdə gördüyü işlərdən söz açan Gövhər xanım, onun müstəqilliyin ilk ağır illərində hakimiyyətə qayıdıb böyük müdrikliyi ilə, apardığı uğurlu daxili və xarici siyasəti sayəsində ölkəmizi bütün çətinliklərdən xilas edərək inkişafının əsasını qoyduğunu, Azərbaycanda dünyəvi, hüquqi, demokratik dövlət qurduğunu söyləyib.
G.Baxşəliyeva Heydər Əliyevin Azərbaycan xalqının müstəqilliyi, dövlətçiliyimizin inkişafı yolunda göstərdiyi xidmətlərdən söz açıb: «Azərbaycanın müstəqilliyinin bərpası, ölkəmizdə siyasi sabitliyin yaranması, Azərbaycan ideologiyasının yaranması və inkişafı, respublikamızın dünya birliyinə inteqrasiyası, nail olduğu yüksək iqtisadi inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır».
G.Baxşəliyeva Heydər Əliyevin ölkənin həyatının bütün sahələrinə, o cümlədən elmə böyük diqqət yetirdiyini söyləyib. Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdanda, 1993-cü ildə məhz birinci görüşünü Elmlər Akademiyasında Azərbaycan ziyalıları ilə keçirdiyini xatırladan Gövhər xanım, onun həmin görüşdə söylədiyi sözləri xatırladıb: “Elmlər Akademiyası Azərbaycan xalqının bir neçə nəsli tərəfindən yaradılmış milli sərvətidir, biz onu qoruyub yaşatmalıyıq”.
G.Baxşəliyeva həmin görüşdən sonra ölkədə elmin inkişafı, elmi-texniki potensialın güclənməsi, yüksəkixtisaslı elmi kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində önəmli tədbirlərin həyata keçirildiyini, Heydər Əliyevin 2001-ci il 15 may tarixli Fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına “Milli Elmlər Akademiyası” statusunun verildiyini qeyd edib: “Bu tarixi Fərman ölkədə fundamental elmin nailiyyətlərini, Azərbaycan xalqının sosial, iqtisadi, mədəni və mənəvi təşəkkülündə elmin rolunu, ölkənin ictimai-siyasi həyatında nüfuzunu, dövlətin tərəqqisinin təminatçısı olduğunu bir daha təsdiqlədi”.
Heydər Əliyevin liderlik keyfiyyətlərinin dünya miqyasında qəbul olunduğunu deyən Gövhər Baxşəliyeva, onun siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini bildirib: “Bu gün dahi rəhbər Heydər Əliyevin qurduğu Azərbaycan dövlətinin sükanı arxasında onun siyasi kursunun layiqli davamçısı – Prezident İlham Əliyev və onun ən yaxın silahdaşı Mehriban Əliyeva dururlar və Ulu öndərin ideyalarını yaşadaraq, çiçəklənən Azərbaycanı daha uca zirvələrə aparmaqdadırlar. Bu gün sevinc hissi ilə bildiririk ki, keçən ilin payızında Ulu öndərin ən böyük arzusu – doğma Qarabağımızın işğaldan azad olunması Ali Baş Komandan İlham Əliyev tərəfindən gerçəkləşdirildi. Biz xoşbəxtik ki, Böyük Zəfərimizin şahidi olduq və elliklə Qarabağımıza qayıdırıq”.
Sonra İnstitutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə çıxış edib. Heydər Əliyevin böyük düha sahibi, təcrübəli diplomat və siyasətçi, ictimai xadim, ən əsası vətənpərvər və dərin milli ruha malik bir insan olduğunu deyən. S.Bayramzadə qeyd edib ki, Ulu öndər Azərbaycanın azadlığı və ərazi bütövlüyünün bərpası yolunda işləyib hazırladığı və həyata keçirdiyi həm daxili və həm xarici siyasətinin uğurla nəticələnəcəyinə, Qarabağın azadlığı uğrunda aparılacaq Vətən müharibəsində qəhrəman Azərbaycan xalqının, onun qeyrətli oğullarının və qızlarının, igid əsgərlərinin qələbəsinə inanırdı: Çıxışçı Ulu öndərin Vətən müharibəsində qələbəmizdən hələ 24 il əvvəl, 6 may 1996-cı il tarixində Prezident sarayında Şuşa və Laçın sakinləri ilə görüşündə dediyi sözləri xatırladıb: “Əminik ki, bütün torpaqlarımız azad ediləcək, o cümlədən Şuşa da, Laçın da azad olunacaq, şuşalılar, laçınlılar öz evlərinə, yurdlarına, torpaqlarına qayıdacaqlar. Buna heç şübhə yoxdur”.
S.Bayramzadə çıxışının sonunda bildirib: “Bu gün bütün reallıqlar göz qabağındadır, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan 44 günlük Vətən müharibəsi zəfərlə başa çatıb. Bu, eyni zamanda Heydər Əliyev dühasının, onun azərbaycançılıq ideologiyasının qələbəsidir”.
Tədbirdə İnstitutun İran filologiyası şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şəmsi Əhmədov, Din və ictimai fikir tarixi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Esmeralda Həsənova və başqaları çıxış edərək, müstəqil Azərbaycan dövlətinin əsasını qoymuş Ulu öndərin suveren Azərbaycanın inkişafı yolunda göstərdiyi xidmətlərdən söz açıblar. Çıxış edənlər Heydər Əliyevin dövlətçiliyimizin memarı, ölkəmizdə sabitliyin təminatçısı olduğunu söyləyərək, ümummilli liderin 1969-cu ildə hakimiyyətə gələndən sonra respublikamızın əldə etdiyi uğurlardan danışıblar, unudulmaz rəhbərin adının tarixə əbədi həkk olunduğunu qeyd ediblər.