Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünas alim “Çanaqqaladan Qarabağa Türk Zəfəri” adlı konfransında

31 Mart 2021

18 mart 2021-ci il tarixində "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TUMİB) təşkilatçılığı ilə “Çanaqqaladan Qarabağa Türk zəfəri” adlı Çanakkale savaşının 106-cı il dönümünə həsr olunmuş online konfrans keçirildi.

        Konfrans TUMİB-in sədri Çingiz Bayramov açılış nitqi ilə başladı. Türk dünyası uğrunda canından keçmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi.

      Daha sonra çıxışlar başladı. Çıxış edənlər arasında AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Subhan Talıblı da var idi. 

 

     Konfransda həmçinin hərbi ekspert, Ankara Kara Hərb  Məktəbi məzunu, Qazi Ruslan İmamquliyev, Türkiyə AK Partinin idarə heyətinin üzvü, Ərzurum millət vəkili Zəhra Taşkesenlioğlu BAN, Azərbaycan Milli Məclisinin üzvü  Ceyhun Məmmədov, Azərbaycan Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Türkiyə məzunu, Məhsəti Yunusova-Hüseynova, TUMİB-in idarə heyətinin üzvləri Aydın Talıshinski, Vüqar Qasımov, Azərbaycan Türkiyə Əməkdaşlıq təşkilatı İctimai Birliyinin sədri İlham İsmayılov, Türk Dünyası Araşdırmalar Vəqifinın Azərbaycan təmsilçisi, Türkiyə məzunu, Nəriman Hanahmedov, Respulikanın əməkdar müəllimi, Azərbaycan Dövlət Pedaqoji Universitinin elmi işçisi, Milli məsləhətçisi Zülfiyyə Vəliyeva və başqaları mövzuya aid maraqlı çıxışlar etdilər. Çıxışlar boyunca Türk dünyasının ölməz liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyev də yad edildi.

      Konfrans ərzində bir neçə dəfə mövzuya aid video-çarxlar təqdim olundu. Eyni zamanda 44 günlük Qarabağ müharibəsi zamanı TUMİB-lə birgə Gənclərin Töhfəsi İctimai birliyi və Green Start Academy-nin birgə təşkil etdiyi “Hərəyə bir bayraq” və “Bu bayraq da bizim bayraq” adlı aksiyalardan hazırlanmış video-çarx da təqdim olundu.

      Tədbirin sonunda Azərbaycan Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Türkiyə məzunu, Məhsəti Hüseynova, iştirakçılarla birlikdə “Çırpınırdı Karadeniz” mahnısını ifa etdi.

     2 saatdan çox davam edən tədbirdə hər kəs çox həvəslə iştirak etdi və hər biri elə həssas mövzulu tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə, təşkilatçılara öz təşəkkürünü bildirdi.

Download Template Joomla 3.0 free theme.