1971-ci ildə “İraq şairi Cəmil Sidqi əz-Zəhavinin həyat və yaradıcılığı” mövzusunda namizədlik, 2003-cü ildə “İraqda neoklassik poeziya” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2010-cu ildə AAK tərəfindən professor diplomuna layiq görülüb.
V.Cəfərov “Cəmil Sidqi əz-Zəhavi”, “İraqda neoklassik poeziya”, “Əliqılınclı zülfüqar”, “Qürbətdə yaranan dostluq”, “İraq-Türkiyə poetik əlaqələri” kitablarının müəllifidir. Həmçinin alimin görkәmli әrәb yazıçısı Cürci Zeydandan tərcümə etdiyi “Fәrqanә gәlini” romanı, tərtib edərək müqəddimə və şərhlərlə çap etdirdiyi “A.İmanquliyeva. Məqalələr və tərcümələr” kitabı işıq üzü görüb. 100-dən çox məqalənin müəllifidir. Məqalələri Rusiya, Türkiyə, Rumıniya, Türkmənistanda çap olunub.
V.Cəfərov Şərqşünaslıq İnstitutunun Elmi Şurasının, İnstitutda “Dünya ədəbiyyatı” üzrə fəaliyyət göstərən Müdafiə Şurasının üzvü, Müdafiə Şurasında Seminar Komussiyasının sədri olub. BDU, Qafqaz və Təfəkkür Universitetlərində dərs deyib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2018-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.
Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
GÖRKƏMLİ ŞƏRQŞÜNAS VİLAYƏT CƏFƏROV DÜNYASINI DƏYİŞİB
Azərbaycan şərqşünaslıq elminə ağır itki üz verib. Görkəmli şərqşünas alim, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Vilayət Cəfərov fevral ayının 21-də dünyasını dəyişib.
Vilayət Abbasqulu oğlu Cəfətov 1940-cı il mayın 15-də Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. 1960-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Ərəb dili bölməsində ali təhsil alıb. 1967-ci ildən ömrünün sonuna kimi Şərqşünaslıq İnstitutunda işləyib. Ötən müddət ərzində İnstitutun aspiranturasında təhsil alıb, kişik elmi işçi, baş elmi işçi vəzifələrində çalışıb. 2000-ci ildən Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri olub. 1978-1981-ci illərdə İraqda tərcüməçi vəzifəsində çalışıb.