Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

“ŞƏRQ XALQLARININ I QURULTAYI – BAKI, 1920. ŞƏRQ DÜNYASI 100 İL ƏVVƏL VƏ BU GÜN” MÖVZUSUNDA BEYNƏLXALQ ELMİ KONFRANSIN MATERİALLARI ÇAP OLUNUB

22 Fevral 2021

     Azərbaycan Milli Elmlər Akademiyasının İctimai Elmlər bölməsinin və akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək “Şərq xalqlarının I qurultayı – Bakı, 1920. Şərq dünyası 100 il əvvəl və bu gün” mövzusunda beynəlxalq elmi konfransın materialları toplusu çap olunub.
     Topluda Azərbaycan, Türkiyə, Misir və Hollandiyadan ümumilikdə 62 tezis dərc edilib.

      Bilavasitə Şərq xalqlarının I Bakı qurultayı ilə bağlı tezislər sırasında “İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı və müasir şərqin aktual problemləri”, “Şərq xalqlarının I qurultayı və Türkiyə”, “Nəriman Nərimanov və Şərq xalqlarının I qurultayı”, “Şərq xalqlarının I qurultayı və Rusiyanın müsəlman xalqları”, “Şərq xalqlarının I qurultayı: N.Nərımanov və Türkiyə məsələsi”, “Şərq xalqlarının I qurultayı türk tədqiqatçılarının gözü İlə”, “Şərq xalqlarının I qurultayının keçirilməsində Bakının önəmi”, “Şərq xalqlarının I qurultayı və Rusiyanın müsəlman xalqlarına verdiyi  vədlər”, “Şərq xalqlarının I qurultayında iştirak edən İran nümayəndə heyətinin tərkibi”, “Şərq xalqlarının I qurultayı və S.C.Pişəvərinin azərbaycançılıq baxışlarının formalaşması” mövzularını qeyd etmək olar.
     Topluda Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi cinayətlər barədə tezislər də yer alıb. Bu sırada “İslam Əməkdaşıq Təşkilatı Parlament İttifaqı və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi”. “Erməni fərdi və terrorçusunun psixoloji portreti” kimi tezislər topluda yer alır.
     Həmçinin “Milli tərbiyə sistemi  azərbaycançılıq  ideologiyasının əsas mənbələrindən biri kimi”, “Çinin “bir kəmər-bir yol” layihəsində İran”, “100 il ərzində Azərbaycanın  Şərq dünyasında  yeri”, “Türkiyə Respublikasının yaranmasının Şərqdə əhəmiyyəti”, “Ərəb ölkələri və narıncı inqilablar”, “XIX əsr Qərb səyyahlarının əsərlərində Osmanlı dövlətində mədəni həyatın təsviri”, “Ərəb baharı”ndan sonra Yaxın Şərqdə məzhəbçilik və islama qarşı islamdan istifadə siyasəti”, “XX əsrin əvvəllərində baş verən hərbi-siyasi hadisələrin Azərbaycan milli mətbuatında əksi” və onlarla digər mövzularda maraqlı məruzələrin tezisləri topluda çap olunub.

Download Template Joomla 3.0 free theme.