Misirli alimi ölkəsinin Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi müşayiət edirdi. Ə.Əl-Hicazi ilk olaraq İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyava ilə görüşdü. Görüşdə Misir-Azərbaycan ədəbi, elmi əlaqələrindən söz açıldı, qonağa Şərqşünaslıq İnstitutunda ərəbşünaslıq sahəsində görülən işlər barədə məlumat verildi. Görüşdə əməkdaşlıq perspektivləri müzakirə edildi. Ə.Əl-Hicazi Şərqşünaslıq İnstitutunda ərəb ədəbiyyatına dair aparılan tədqiqatların Misirdə çap etdirməyə hazır olduqlarını bildirdi.
Daha sonra Əbdürrəhman əl-Hicazi institutun ərəbşünas alimləri ilə görüşdü. Görüşdə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.