Hesabat ilində İnstitut əməkdaşları elmi-tədqiqat işlərini 1 elmi istiqamət, 5 problem çərçivəsində aparıblar. Plan üzrə icra olunan 101 elmi-tədqiqat işindən 57 iş bu il başa çatıb, qalan işlərin 2020-ci il üçün nəzərdə tutulan hissəsi yerinə yetirilib. İl ərzində İnstitutda 17 kitab, monoqrafiya və məqalələr toplusu çap olunub, 6 kitab isə hazırda çapdadır.
Hesabat ilində İnstitut əməkdaşlarının 150-dən artıq məqalə, məruzə və tezisi çap olunub. Bunlardan 51 elmi məqalə xaricdə (Türkiyə, İordaniya Haşimilər Krallığı, Misir Ərəb Respublikası, Gürcüstan, Cənubi Koreya, İsveçrə, Rusiya Federasiyası, Özbəkistan, Ukrayna, Qazaxıstan, Livan, Yaponiya, Rumıniya və s.) nəşr edilib. İmpakt faktorlu Web of Science və Scopus bazalarında dərc olunmuş məqalələrin sayı 2, yüksək reytinqli nəşrlərdə, beynəlxalq nüfuzlu indeksləşdirilmiş bazalarda çap olunmuş və yerləşdirilmiş məqalə, tezis və məruzələrin sayı 11-dir. İnstitut əməkdaşlarının əsərlərinə 409 dəfə istinad olunub.
Hesabat ili ərzində İnstitut əməkdaşları 36 dəfə xaricdə və 42 dəfə Azərbaycanda keçirilən cəmi 78 beynəlxalq elmi konfransda məruzə ediblər. Cənubi Koreya, Yaponiya, Rusiya, İsveçrə, Qazağıstan, Türkiyə, Cənubi Afrika Respublikası, Ukrayna, Gürcüstan, ABŞ, Fransa, Rumuniya, Macarıstan və Livanda keçirilən konfranslarda İnstitutun əməkdaşları əsasən onlayn iştirak ediblər.
Hesabatda 2020-ci ildə İnstitutda xarici ölkələrin səfirləri, elm və dövlət nümayəndələri ilə keçirilən görüşlər, təşkil edilən konfrans, seminar və tədbirlər, İnstitutda kadr hazırlığı və digər məsələlər barədə də məlumat verilib.
İclasda sonra hesabat ətrafında müzakirələr aparılıb.
İclasın sonunda AMEA İctimai Elmlər Bölməsi tərəfindən təhkim edilən akademik Nərgiz Axundova çıxış edərək, Şərqşünaslıq İnstitutunun böyük ənənələrə malik olduğunu və hesabat ilində İnstitutda görülən işlərin Şərqin bütün problem sahələrini əhatə etdiyini söyləyib, İnstitutun 2020-ci ildəki fəaliyyətini müsbət qiymətləndirib.
Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNUN İLLİK HESABAT İCLASI KEÇİRİLİB
Dekabrın 4-də AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları ilə əlaqədar hesabat iclası keçirilib.
Tədbir vaxtı saat 12:00-da Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
İclasda İnstitutun direktoru, akademik Gövhər Baxşəliyeva rəhbərlik etdiyi elmi müəssisənin 2020-ci ildəki fəaliyyətini əks etdirən hesabatı diqqətə çatdırıb.
Hesabatda 2020-ci ildə İnstitutun əməkdaşlarının səmərəli elmi fəaliyyət göstərərək, “Şərq ölkələrinin ictimai, iqtisadi, mədəni-tarixi inkişafı və Azərbaycanla əlaqələri” istiqaməti üzrə araşdırmalar apardıqları və elmi-tədqiqat planında nəzərdə tutulmuş bütün işləri yerinə yetirdikləri bildirilib, ilk öncə Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, habelə dövlət proqramlarının icrası ilə əlaqədar görülən işlər diqqətə çatdırılıb. AMEA Rəyasət Heyətinin sərəncamlarına əsasən Şərqşünaslıq İnstitutunun öz iş rejimini mövcud pandemiya şəraitinə uyğun davam etdirdiyi qeyd edilib.
