Ulu öndərin sovetlər dövründə respublikamıza rəhbərlik etdiyi illərdə gördüyü işlərdən söz açan Gövhər xanım, onun müstəqilliyin ilk ağır illərində hakimiyyətə qayıdıb böyük müdrikliyi ilə, apardığı uğurlu daxili və xarici siyasəti sayəsində ölkəmizi bütün çətinliklərdən xilas edərək inkişafının əsasını qoyduğunu, Azərbaycanda dünyəvi, hüquqi, demokratik dövlət qurduğunu söylədi.
G.Baxşəliyeva Heydər Əliyevin ölkənin həyatının bütün sahələrinə, o cümlədən elmə böyük diqqət yetirdiyini söylədi. Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdanda, 1993-cü ildə məhz birinci görüşünü Elmlər Akademiyasında Azərbaycan ziyalıları ilə keçirdiyini xatırladan Gövhər xanım, onun həmin görüşdə söylədiyi sözləri xatırlatdı: “Elmlər Akademiyası Azərbaycan xalqının bir neçə nəsli tərəfindən yaradılmış milli sərvətidir, biz onu qoruyub yaşatmalıyıq”.
HeydərƏliyevinliderlikkeyfiyyətlərinindünyamiqyasındaqəbulolunduğunudeyənGövhərBaxşəliyeva, onunsiyasətininbugünPrezidentİlhamƏliyevtərəfindənlayiqincədavametdirildiyini qeydetdi.
Sonra institut əməkdaşlarından f.ü.e.d. Vilayət Cəfərov, f.ü.f.d. Laura Orucova, f.ü.f.d. Əmir Qasımlı və başqaları çıxış edərək, müstəqil Azərbaycan dövlətinin əsasını qoymuş ulu öndərin suveren Azərbaycanın inkişafı yolunda göstərdiyi xidmətlərdən söz açdılar. Çıxış edənlər Heydər Əliyevin dövlətçiliyimizin memarı, ölkəmizdə sabitliyin təminatçısı olduğunu söyləyərək, ümummilli liderin 1969-cu ildə hakimiyyətə gələndən sonra respublikamızın əldə etdiyi uğurlardan danışdılar, unudulmaz rəhbərin adının tarixə əbədi həkk olunduğunu qeyd etdilər.