Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNAS ALİMİMİZ ƏRƏB MƏTBUATINDA QARABAĞ HƏQİQƏTLƏRİNDƏN YAZIB

20 Aprel 2016

Hər kəsə məlumdur ki, müharibə təkcə səngərlərdə deyil, həm də ideoloji cəbhədə aparılır. Əsgərlərimizin səngərdə qazandıqları zəfərləri dünyaya çatdırmaq, Qarabağ həqiqətlərinin mahiyyətini doğru-düzgün şəkildə dünya ictimaiyyəti ilə paylaşmaq hər birimizin vətəndaşlıq borcudur.

 

AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Mahir Həmidovun bu günlərdə Misirin "əl-Əhram ət-təavuni" adlı qəzetində çap olunan "Azərbaycan növbəti dəfə erməni təcavüzünə məruz qalıb" adlı məqaləsi bu istiqamətdə atılmış uğurlu addım hesab olunmalıdır. Məqalə müəllifi ərəb oxucusuna işğalın təməlindən günümüzə qədər baş verənləri qısa şəkildə də olsa, xronoloji ardıcıllıqla anlatmış, erməni məkrini əsaslı dəlillərlə ortaya qoymuşdur.

İrihəcmli məqaləsində Mahir müəllim cəbhə bölgəsində baş verən son hadisələr haqqında ərəb oxuculara ətraflı məlumat vermiş, ermənilərin hər əsrdə olduğu kimi, indi də kənar güclərin təhriki və dəstəyi ilə regionu qana çalxadığını bildirmişdir. Məqalə müəllifi öz yazısında o həqiqəti də xüsusi vurğulamışdır ki, Azərbaycan ordusu qarşısında dayanmaq üçün ermənilər hər zaman özü kimi qara niyyətli güclərin yardımından faydalanmışlar.

M. Həmidov ermənilərin Qarabağdan çıxmasını əsas tutan BMT-nin dörd qətnaməsini qulaq ardına vurduğuna diqqət çəkir və Suriyadan, İraqdan, dünyanın müxtəlif ölkələrindən gələn erməniləri Qarabağ müharibəsinə yönləndirdiyini yazır.

İnanırıq ki, Mahir Həmidovun bu məqaləsi əsl vətənpərvərlik nümunəsi kimi, Qarabağ həqiqətlərini bilməyən ərəb ictimai düşüncəsinə aydınlıq gətirəcək.

 

 


"əl-Əhram ət-təavuni" qəzetində dərc olunan məqalənin ərəbcəsini və Azərbaycan dilinə tərcüməsini diqqətinizə çatdırırıq:

 

 

أذربيجان في مواجهة حلقة جديدة من مسلسل الاحتلال الأرميني

 د. ماهر حميدوف

فرع الشرق و الغرب

في معهد الدراسات الشرقية

التابع لأكاديمية أذربيجان الوطنية للعلوم

نالت أذربيجان منذ الربع الأخير من القرن التاسع عشر نصيبها من السياسات العدوانية للأرمن، الذين سيطرت عليهم أحلام بناء "أرمينيا الكبرى"، وسَعوا لتحقيق ذلك من خلال السيطرة على أراضي الآخرين.

خضعت جمهورية أذربيجان التي كانت أول بلد في العالم الإسلامي يتبنى النظام الجمهوري الديمقراطي للاحتلال السوفييتي عام 1920 وتمكنت عام 1991 من إعلان استقلالها عنه.

وما أن أعلنت أذربيجان استقلالها، حتى شنت أرمينيا المدعومة روسيًا حربًا على الجمهورية الوليدة، و تمكنت حتى عام 1993  واحتلت 10 محافظات بشكل كلي غربي أذربيجان (5 من تلك المحافظات فقط تشكل إقليم قره باغ)، إضافة لأجزاء واسعة من محافظتي "آغدام" و"فضولي"، وهو ما يشكل 20 بالمئة من مساحة الأراضي الأذربيجانية.

عمدت القوات الأرمينية على تهجير الأذربيجانيين من المناطق المحتلة، وقد تسبب ذلك الإجراء بمعاناة إنسانية كبيرة لم تستطع السنوات العشرين الماضية من محو آثارها التي لا تزال مستمرة حتى يومنا هذا. 

عانت أذربيجان خلال العقود الماضية بفعل الحرب التي شنتها أرمينيا ضدها، سيما أن تلك الحرب قد خلفت نحو مليون نازح، انتشروا في معظم المحافظات الأذربيجانية وخصوصًا العاصمة "باكو"، إلى جانب معاناتها من الاعتداءات المستمرة، التي يشنها الجانب الأرميني على المواقع العسكرية والمدنية انطلاقًا من الأراضي الأذربيجانية المحتلة غربي البلاد.

دأبت أرمينيا خلال العقود الماضية على قصف المناطق المدنية والعسكرية في أذربيجان، وكان ينتج عن ذلك القصف سقوط قتلى وجرحى من المدنيين بينهم نساء وأطفال، إلا أن حدة التوترات قد تصاعدت خلال الأيام القليلة الماضية، بعد ازدياد الخروقات من الجانب الأرميني، واستهداف المناطق المدنية بأسلحة ثقيلة، وقد رافق ذلك بالطبع عودة الاهتمام الدولي والإعلامي بهذه القضية.

عاودت أرمينيا خلال الأسابيع الماضية انتهاك اتفاقية وقف إطلاق النار المبرمة بينها وبين أذربيجان عام 1994، حيث تعرضت محافظة "قازاخ" الأذربيجانية (شمال غرب)، ليلة 26 مارس/ آذار الماضي، لقصف عنيف مصدره القوات الأرمينية، وقد أدى القصف الذي استخدمت فيه الأسلحة الثقيلة والمتوسطة، إلى مقتل وجرح العديد من المدنيين والعسكريين.

صعدت أرمينيا خلال هذه الفترة من خطواتها الاستفزازية، وقد أشارت المعلومات الواردة من فرق الاستطلاع الأذربيجاني، بقيام القوات المسلحة الأرمنية بنقل كميات كبيرة من الذخائر والأسلحة المتطورة ودفع مزيد من القوات باتجاه محافظات "آغدره" و"آغدام" و"فضولي" المحتلة، واستنادًا إلى ما سبق، أدرك الجانب الأذربيجاني مسبقًا، عزم أرمينيا على القيام بخطوات استفزازية وتصعيدية في المنطقة.

استغل الجانب الأرميني إجراء الرئيس الأذربيجاني "إلهام علييف"، زيارة رسمية إلى الولايات المتحدة الأميركية، في 30 مارس/ آذار الماضي، لشن هجوم خاطف، فبدأت القوات الأرمينية ليلة 1 أبريل/ نيسان الجاري، باستهداف المواقع العسكرية والسكنية في الداخل الأذربيجاني بالأسلحة الثقيلة.

قابلت القوات الأذربيجانية تلك الاعتداءات بحزم، ما دفع الجانب الأرميني إلى وقف إطلاق النار، والدفع بتعزيزات جديدة من أسلحة وقوات عسكرية باتجاه الأراضي الأذربيجانية المحتلة، للبدء بهجوم جديد، وذلك استنادًا إلى معلومات قدمها فريق الاستطلاع الأذربيجاني.

عاودت القوات الأرمينية مجددًا وشنت هجومًا واسعًا ضد الأراضي الأذربيجانية، ليلة 2 أبريل/ نيسان الجاري، مستهدفة المناطق السكنية بأسلحة ثقيلة، إلا أن الجيش الأذربيجاني لم يكتف هذه المرة بالرد على مصادر النيران وإسكاتها، بل شن هجومًا معاكسًا عنيفًا، وأظهر ردة فعل حازمة، وهو ما لم يكن في حسبان الجانب الأرميني، سيما وأن القوات الأذربيجانية، تمكنت خلال الهجوم المعاكس من استرداد بعض المرتفعات الإستراتيجية التي كانت محتلة من قبل أرمينيا منذ أكثر من 20 عامًا.

أظهر الجانب الأذربيجاني خلال الأحداث الماضية، مستوًا عالٍ من الاستعداد المادي والمعنوي، الذي يمكنه من الاستمرار بهذه الخطوة الحاسمة والتقدم نحو عم الأراضي المحتلة، إلا أن أذربيجان واستجابة للنداءات التي وجهتها دول العالم والمنظمات الدولية، دعت يوم 3 أبريل/ نيسان الجاري أرمينيا إلى وقف إطلاق النار، لكن أرمينيا لم تستجب لتلك الدعوة إلا بعد ضغوط ونداءات شديدة اللهجة وجهت إليها من قبل دول العالم، ورغم الإعلان عن اتفاق لوقف إطلاق النار، إلا أن أرمينيا واصلت خرق الاتفاق والقيام بعمليات قصف عشوائي ضد الأراضي الأذربيجانية بين الفينة والأخرى.

عمدت أرمينيا خلال الأحداث الماضية، على تقديم معلومات كاذبة للمجتمع الدولي، محملة الجانب الأذربيجاني مسؤولية الهجوم الأول الذي وقع على خط التماس بين الجانبين، علمًا أن المتابعين للشأن في المنطقة، يجمعون على أن المرتفعات الاستراتيجية الأذربيجانية التي تحتلها أرمينيا، شكلت على مدار أكثر من 20 عامًا برؤة ومركز انطلاق للقوات الأرمينية في عمليات القصف التي تقوم بها، مستهدفة القرى والتجمعات السكنية الأذربيجانية، وقد شهدت المنطقة مئات الخروق والهجمات الاستفزازية من الجانب الأرميني.

قوبل الاعتداء الأرميني الأخير، بإدانات واسعة النطاق من دول العالم، وقد أعربت تلك الدول وقوفها إلى جانب الشعب الأذربيجاني، وصدرت بيانات واضحة في هذا الشأن، في الوقت الذي اعتبرت فيه بعض الدول الداعمة لأرمينيا تلك المواقف والبيانات أنها تشكل تحريضًا ضد أرمينيا، علمًا أن الدعم الذي قدم للشعب الأذربيجاني لم يتعدى الدعم المعنوي، والإعراب عن الوقوف إلى جانب مطالبه المشروعة، ولم يتم تقديم أي دعم عسكري من تلك الدول إلى أذربيجان، التي هي أصلًا ليس بحاجة إلى أي دعم من هذا القبيل.

إن المتابع للشأن الأذربيجاني يعلم علم اليقين، أن الدول التي سوقت لتلك الاتهامات الجائرة، والتي مفادها تلقي أذربيجان دعمًا عسكريًا خلال الاعتداءات الأخيرة، هي نفسها الدول التي لم تذخر جهدًا في دعم السياسات العدوانية لأرمينيا سياسيًا وعسكريًا لسنوات طويلة، لكي تواصل سياسة الاحتلال والتغيير الديمغرافي في الأراضي الأذربيجانية.

كشفت أذربيجان دولةً وشعبًا، عشية الأحداث الأخيرة، حقيقة السياسات العدوانية الأرمينية أمام المجتمع الدولي، سيما وأن الحكومة الأذربيجانية أعلنت مرارًا وتكرارًا عن رغبتها بإنهاء الاحتلال الأرميني لأراضيها عبر الوسائل السلمية، إلا أن أرمينيا واصلت تعنتها رغم تأكيدات الأمم المتحدة أن أرمينيا تحتل فعليًا أراضًا أذربيجانية، وقد أصدرت المنظمة الأممية في هذا الصدد 4 قرارات أدانت من خلالها أرمينيا.

قابلت أرمينيا القرارات الأممية بمزيد من التعنت واللامبالاة وعملت ولا تزال تعمل على توطين آلاف من الأرمن الذين انتقلوا إليها من سوريا، في الأراضي الأذربيجانية المحتلة، لزيادة أعداد السكان من الأرمن في تلك المنطقة، وخلق واقع ديمغرافي.

من جهتها أذربيجان، عادت لتأكد مرة أخرى خلال الأحداث الأخيرة، عن رغبتها بالتوصل إلى تسوية سلمية للقضية، وذلك عن طريق المفاوضات، لكنها أكّدت أيضًا قدرتها على تحرير أراضيها من الاحتلال الأرميني، في حال فشل الوسائل السلمية في ذلك.

لقد أثبتت الأحداث الأخيرة، أن الدولة والجيش الأذربيجانيين، باتا اليوم يمتلكان قوّة وعزمًا لا يمكن مقارنته مع الحالة التي كانت قائمة في تسعينيات القرن الماضي، وأنهما قادران على توفير الحماية لمواطنهما، وضمان عودة نحو مليون نازح، يتوقون لرؤية أراضيهم التي سلبت منهم عنوةً.

 

 

 

 

Aazərbaycan növbəti dəfə erməni təcavüzünə məruz qalıb

XIX əsrin son rübündən etibarən “Böyük Ermənistan” yaratmaq xülyaları ilə  başqalarının torpaqlarına göz dikən ermənilərin bu təcavüzkar siyasəti Azərbaycandan da yan keçməyib. XX əsrin sonlarında Azərbaycanın 20 faiz torpağını işğal edən Ermənistanla Azərbaycanın təmas xəttində son günlərdə gərginliyin artması yenidən dünya ictimaiyyətinin və mətbuatının diqqətinin bu bölgəyə yönəlməsinə səbəb oldu.

1920-ci ildən 1991-ci ilə qədər Sovetlər Birliyinin tərkibində olan Azərbaycan elə həmin ildə müstəqilliyini elan etdikdən sonra erməni təcavüzünə məruz qalmışdır. 1993-cü ilin sonuna qədər həm Dağlıq Qarabağı, həm də Azərbaycanın digər 7 rayonunu işğal edən erməni qüvvələri işğal olunmuş ərazilərdə qətliamlar törətmiş, əhalini zorla doğma torpaqlarından çıxarmışdır.  İşğal nəticəsində bir milyona yaxın insan məcburi köçkün vəziyyətinə düşmüş, qaçqın və məcburi köçkünlər Azərbaycanın müxtəlif bölgələrində, xüsusən də paytaxt Bakıda məskunlaşmışdırlar.

20 ildən artıqdır Azərbaycan torpaqlarını işğal edən Ermənistanla Azərbaycan arasında 1994-cü ildə atəşkəs müqaviləsi bağlanmasına baxmayaraq erməni silahlı qüvvələri tez-tez atəşkəsi pozur, sadəcə Azərbaycan ordusunun mövqelərini deyil, eyni zamanda Azərbaycanın yaşayış məntəqələrini də yüngül və ağır artilleriyalardan atəşə tutur. Bu çərçivədə aprel ayının əvvəllərində erməni silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən Azərbaycan ordusunun mövqelərinə və yaşayış məntəqələrinə yönəlik yeni təxribatlar törətməyə başladılar. Əslində, bu ilin mart ayının 25-dən 26-na keçən gecə erməni ordusu Azərbaycanın şimal-qərbində yerləşən Qazax rayonu istiqamətlərində Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini atəşə tutmuş, nəticədə həm hərbçi, həm də mülki şəxslərdən ölən və yarananlar olmuşdur. Ermənistanın bu təxribat xarakterli addımı Azərbaycanın diqqətini işğal olunmuş ərazilərdən digər istiqamətlərə çəkməsi məqsədini daşıyırdı. Ancaq Azərbaycan kəşfiyyatının məlumatına əsasən ermənilərin Azərbaycanın işğal olunmuş əraziləri olan Ağdərə, Ağdam və Füzuli istiqamətlərində ağır texnikalar, artilleriyalar yığdığını xəbər verdi. Azərbaycan tərəfi öncədən yeni bir təxribatın törədiləcəyini  anlamışdı. Mart ayının 30-da Azərbaycan prezidenti İlham Əliyevin ABŞ-a səfəri başlamışdı. Ermənilər Azərbaycan rəhbərinin ölkədə olmamasını fürsət bilərək əvvəlcədən belə bir hücumun hazırlıqlarını görmüşdülər. Martın 31-dən aprelin 1-ə keçən gecə ermənilər Azərbaycanın yaşayış məntəqələrini və hərbi hissələrini ağır silahlardan atəşə tutdular. Azərbaycan ordusunun qarşılıq verməsi nəticəsində erməni tərəfi atəşi kəsdi. Azərbaycanın kəşfiyyat məlumatlarına görə təcavüzkar tərəf eyni istiqamətə yeni silah və hərbi qüvvə sövq edərək növbəti hücum hazırlıqlarına başlayırdı. Aprelin 1-dən 2-ə keçən gecə ermənilər növbəti hücuma keçdilər. Ermənistan ənənəvi taktikasına sadiq qalaraq daha çox yaşayış məntəqələrini ağır silahlardan atəşə tutmağa başladı. Azərbaycan ordusu ermənilərin bu hücumuna əvvəllər olduğu kimi cavab verməklə kifayətlənməyib qətiyyətli şəkildə əks hücuma keçdi. Ermənistan tərəfi Azərbaycandan bu dərəcə qətiyyətli cavab addımı gözləmirdi. Azərbaycan ordusu Ermənistanın 20 ildən artıqdır işğal etdiyi bəzi strateji yüksəklikləri geri qaytardı. Çox maraqlıdır ki, Azərbaycan tərəfi bu qətiyyətli addımı davam etdirməyə həm maddi, həm də mənəvi baxımdan yüksək səviyyədə hazır idi. Ancaq dünya ölkələrinin və təşkilatlarının atəşkəs çağrılarına qarşılıq verərək Azərbaycan aprel ayının 3-də Ermənistanı atəşkəsə dəvət etdi. Ermənistan isə bu çağırışa daha sonra dünya ölkələrinin qətiyyətli çağırışı və təzyiqi nəticəsində razı oldu. Ancaq atəşkəsin elan olunmasından sonra da Ermənistan tərəfi tez-tez atəşkəsi pozmağa davam edirdi. Ermənistan dünya ictimaiyyətinə yalan məlumat verərək ilk hücumun Azərbaycanın başlatdığı informasiyasını yayırdı. Halbuki Azərbaycanla Ermənistanın təmas xətlərinə nəzər salsaq,  qarşı tərəfin strateji əhəmiyyət daşıyan yüksəklikləri işğal etdiklərindən, Azərbaycanın yamacda yerləşən yaşayış məntəqələrini davamlı şəkildə silahlı atəşə tutduğunu anlamaq mümkündür. Başqa sözlə desək, təxribat xarakterli hücumlar bilavasitə Ermənistan tərəfindən gerçəkləşdirilirdi.

Ermənistanın bu növbəti işğalçılıq hücumunu  bir sıra dünya dövlətləri pislədi və günahsız Azərbaycan xalqının yanında olduqları bəyanatı ilə çıxış etdilər.  Bəzi ermənipərəst dövlətlər bu kimi çıxışları əllərində bayraq edərək bu dövlətlərin Azərbaycanı təhrik etdikləri iddiası ilə çıxış etdilər. Halbuki bu dövlətlər Azərbaycanın yanındayıq deyərkən Azərbaycan xalqına mənəvi dəstək verdiklərini, onların haqq səslərini müdafiə etdiklərini nəzərdə tuturdular. Belə ki, faktiki olaraq bu ölkələrdən heç biri Azərbaycana hərbi dəstək verməyib. Əslində, Azərbaycanın buna ehtiyacı da yoxdur. Ancaq bu haqsız ittihamları irəli sürən bəzi dövlətlər isə faktiki olaraq illərdir işğalçı Ermənistana hərbi və siyasi dəstək göstərməyə davam etməkdə, ermənilərin bu işğalçılıq siyasətlərinə davam etdirmələri üçün cəsarətləndirir.

Son hadisələr ərəfəsində Azərbaycan dövləti və xalqı həm dünya ictimaiyyəti, həm də bilavasitə işğalçı Ermənistan qarşısında açıq mövqeyini ortaya qoymuş oldu. Azərbaycan höküməti dəfələrlə Ermənistan işğalını sülh yoluyla həll etmək istədiklərini, müharibə tərəfdarı olmadığını  nümayiş etdirmişdir. BMT-nin Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini təsdiq edən 4 qətnaməsinin olmasına baxmayaraq, işğalçı Ermənistan buna əhəmiyyət verməməkdədir. Hətta, Suriyadan köçən minlərlə ermənini işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirərək süni yolla erməni nüfuzunu çoxaltmaqdadırlar.

Azərbaycan son hadisələrdə də sülhpərvər mövqeyi nümayiş etdirərək məsələnin danışıqlar yoluyla həll olunması tərəfdarı olduğunu göstərdi. Ancaq bütün bunlar nəticə vermədiyi təqdirdə Azərbaycan dövləti öz ərazilərini işğalçı Ermənistandan azad etmək iqtidarındadır. Son hadisələr bir daha onu sübut etdi ki, Azərbaycan höküməti və Azərbaycan ordusu keçən əsrin 90-cı illərinin əvvəlindəki ilə müqayisə edilməyəcək dərəcədə güc və qüvvətə sahibdir.

Son hadisələr millətimizin mətanətini, dəyanətini, milli və mənəvi ruhumuzun yüksəkliyini, birlik və bərabərliyimizi göstərməsi baxımından böyük əhəmiyyət kəsb edir. Əvvəllər, insanlar cəbhədəki ölüm xəbərləri qarşısında narazılıqlarını ifadə edərdilər. Ancaq bu dəfə mənzərə tamamilə başqa idi. Hətta, atəşkəs xəbəri insanları üzüntüyə qərq elədi. Xalqın ruh yüksəkliyi, ordumuzun hazırlıq səviyyəsi, dövlətimizin qətiyyəti hamımızın sevinc və qürur mənbəyi oldu. Ancaq xarici mətbuatda özümüzü, dərdimizi ifadə etmək baxımından, təəssüflər olsun ki, hələ də təcəvüzkar tərəfdən geri qaldığımız acı həqiqətdir. Haqq səsimizi xarici KİV-lərdə duyurmaq böyük əhəmiyyət kəsb edir. Xüsusən də, hadisələrin qızğın vaxtında xarici KİV-lərdə yer alan mütəxəssislərimizə, şərhçilərimizə böyük ehtiyac var. Bu sahədəki boşluğun doldurulması böyük əhəmiyyət kəsb edir. Yumşaq gücün (soft power) mühüm bir hissəsi olan kütləvi informasiya vasitələri XX əsrdə dünya ictimaiyyətini yönləndirmə vasitəsi kimi geniş şəkildə istifadə edilib. Bir silah kimi sərt gücdən geri qalmayıb. XXI əsrdə isə daha çox sosial media vasitələrindən istifadə vüsət tapmağa başladı. Dünyanın bir sıra ölkələrində "sosial media ordusu" formalaşdırılıb. Bunların gördüyü işlər ordunun, siyasətçilərin, diplomatların gördüyü işlərdən daha məhsuldar, daha uzunmüddətli nəticələr doğurur. Cəmiyyətlər, dövlətlər nəzdində fikir formalaşdırmaq, onlara istiqamət vermək "sosial media ordusu"nun əsas vəzifələrindəndir. Bu mənada, haqq səsimizi, dərdimizi dünyaya çatdırmaq, dünya ictimaiyyəti nəzdində fikir formalaşdırmaq üçün sosial şəbəkələrdən mütəşəkkil bir şəkildə peşəkarlıqla istifadə etmək qaçılmazdır.

Download Template Joomla 3.0 free theme.