Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNUN ƏMƏKDAŞI “AL-ARABİ” KANALINA MÜSAHİBƏ VERİB

23 Oktyabr 2020

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutun elmi əməkdaşı Elnur Mustafayev Qarabağ həqiqətlərini dünyanın ərəbdilli ictimaiyyətinə çatdırmağı davam etməkdədir.
E.Mustafayev oktyabrın 21-də Londonda yerləşən, "al-Arabi" Tv kanalına müsahibə verərək Ermənistan siyasi-hərbi hakimiyyətinin təxribat xarakterli addımları, Azərbaycanın qədim torpaqları olan Qarabağı işğal etməsi, region dövlətlərinə qarşı ərazi iddiaları qaldırmasını qeyd edib. Bununla yanaşı, azərbaycanlı şərqşünas öz müsahibəsində Ermənistanın heç bir hüquqi normalara sığmayan addımları nəticəsində diplomatik danışıqların mahiyyətini itirdiyini, Azərbaycan dövlətinin və şanlı ordusunun işğal olunmuş bütün əraziləri azad etmək qüdrətində olduğunu vurğulayıb. E.Mustafayev  məsələnin həllinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkün olacağını bir daha ərəbdilli izləyicilərə çatdırıb.

Download Template Joomla 3.0 free theme.