AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin elmi işçisi Samid Bağırov Livanın U.NEWS xəbər agentliyinin təşkil etdiyi vebinarda əsas mühazirəçi qismində Azərbaycan Respublikasının Qarabağla bağlı legitim siyasəti, ordumuzun cavab həmləsi haqda çıxış edib, livanlı ekspertlər və media qurum üzvlərinin məsələ ilə bağlı suallarını cavablandırıb. Bir saatlıq vebinarda ölkəmizin haqq mövqeyi beynəlxalq qərarlara əsasən işıqlandırılıb.