Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

AKADEMİK GÖVHƏR BAXŞƏLİYEVANIN MƏQALƏSİ “ƏL-DİPLOMASİ”DƏ

14 Oktyabr 2020

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyevanın "Ermənistan rəhbərliyinin yürütdüyü işğal siyasəti" adlı məqaləsi Misir Ərəb Respublikasının "əl-Diplomasi" informasiya portalı tərəfindən yayımlanıb. Akademik Gövhər Baxşəliyeva məqalədə Qarabağ münaqişəsi ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməni və qətnamələrdə Ermənistan hərbi-siyasi hakimiyyətinin Azərbaycanın qədim torpaqlarının işğalını pisləyən müddəaları, həmçinin işğalçı hərbi birləşmələrinin işğal olunmuş əraziləri dərhal tərk etməsi ilə bağlı tələbləri qeyd edib. Məqalədə Ermənistan rəhbərliyinin yürütdüyü işğal siyasəti nəticəsində Azərbaycana dəymiş maddi və mənəvi zərərlər haqqında ətraflı məlumat verilib. Akademik Gövhər Baxşəliyeva öz məqaləsində son dövrlər Ermənistan hakimiyyətinin həyata keçirdiyi hərbi təxribatlar, Ermənistan hərbi qüvvələrinin dinc əhalini ağır silahlardan atəşə tutması, təxribat xarakterli hücumlar nəticəsində mülki əhaliyə dəymiş mənəvi və maddi zərərlər haqqında söhbət açıb.

Download Template Joomla 3.0 free theme.