AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı Elnur Mustafayev oktyabr ayının 11-də BBC Arabic kanalında səhər saat 09:00-da yayımlanan “Xəbərlər” verilişinə müsahibə verib. Elnur Mustafayev müsahibədə Ermənistan hərbi qüvvələrinin Gəncə şəhərini raket və ağır silahlardan atəşə tutması və hücum nəticəsində 9 sivil vətəndaşın həlak olması, içərisində qadın, uşaq olmaqla 36 nəfərin yaralanması haqqında məlumatları ərəb dünyasına çatdırıb. Azərbaycanlı şərqşünas öz müsahibəsində Ermənistan tərəfinin humanitar atəşkəsi pozduğunu, hərbi təxribatlara əl atmaqla digər dövlətləri müharibəyə cəlb etmək niyyətlərini və digər məsələləri qeyd edib.