Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNAS ALİMDƏN BBC-yə DAHA BİR MÜSAHİBƏ

08 Oktyabr 2020

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı Elnur Mustafayev BBC Arabic televiziyasına ərəb dilində növbəti müsahibəsini verib.
Şərqşünas alim oktyabr ayının 7-də yenidən BBC Arabicin “Xəbərlər” proqramına müsahibə verərək Ermənistan silahlı qüvvələrinin Azərbaycanın müxtəlif şəhərlərini atəşə tutması, atəş nəticəsində mülki vətəndaşlara maddi və mənəvi zərərlərin dəyməsi, həmçinin Ermənistanın beynəlxalq ictimaiyyətdə Azərbaycan əleyhinə həqiqətə uyğun olmayan informasiyaları yayması haqqında ətraflı məlumat verib. Bununla yanaşı, Elnur Mustafayev Qarabağın işğala uğraması və bir milyondan çox vətəndaşın öz yurdlarından məhrum olması və digər məsələlər haqqında söhbət açıb.

Download Template Joomla 3.0 free theme.