Gürcüstanlı alimlər AMEA Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Gövhər Baxşəliyeva ilə görüşdülər. İnstitutların rəhbərləri qarşılıqlı şəkildə rəhbərlik etdikləri elm müəssisələrinin strukturu, fəaliyyət istiqamətləri və görülən işlər barədə məlumat verdilər. Görüşdə Bakı və Tbilisinin şərqşünaslıq institutlarının qarşılıqlı əməkdaşlığının perspektivləri müzakirə olundu.