Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

GÖRKƏMLİ ŞƏRQŞÜNAS AİDA İMANQULİYEVANIN XATİRƏSİ ANILIB

22 Sentyabr 2020

19 sentyabr tarixi görkəmli şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anım günüdür. AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi hər il görkəmli alimin məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anır.

Hazırkı karantin rejimi ilə əlaqədar, təəssüf ki, bu dəfə A.İmanquliyavanın məzarını kollektiv şəkildə ziyarət etmək mümkün olmadı. Kollektivin adından sentyabrın 19-da Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla yad edib və məzarı üzərinə əklil qoyub.

Aida xanım İmanquliyeva Azərbaycan şərqşünaslıq elminin beynəlxalq aləmdə  tanınmasında, onun şöhrətinin geniş miqyasda yayılmasında böyük  xidmətləri olan  görkəmli şərqşünas alimdir. Onun adı şərqşünaslıq, eləcə də qərbşünaslıq problemlərini Şərq-Qərb münasibətləri kontekstində tədqiqata cəlb edən, şərqşünaslığımızda yeni elmi təhlil istiqaməti müəyyənləşdirən, bu sahədə ilk dəfə müqayisəli metodun tətbiqi ilə tədqiqatların səmərə və effektivliyini artıran və ümumilikdə yeni şərqşünaslıq məktəbinin əsasını qoyan cəfakeş alim kimi Azərbaycan şərqşünaslıq elm tariximizə qızıl hərflərlə yazılmışdır.

 

Aida xanım İmanquliyeva ilk azərbaycanlı ərəbşünas qadın, elmlər doktoru, professor kimi Azərbaycan şərqşünaslıq elminin inkişafında, bu sahədə ixtisaslı kadrların hazırlanmasında xüsusi xidmətlər göstərmiş, şərqşünaslıq problemlərinin öyrənilməsində yeni elmi sistem yaratmışdır. Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın filologiya elmləri doktoru olan professor Aida xanım İmanquliyevanın dərin nəzəri bilikləri, analitik təfəkkürü, geniş erudisiyası, zəngin mütaliəsi, bir neçə Şərq və Qərb dillərini bilməsi sayəsində apardığı tədqiqatlar və yazdığı əsərlər qısa bir vaxt ərzində ona nəinki keçmiş Sovetlər Birliyində, hətta bir çox xarici ölkələrdə geniş şöhrət gətirmişdir.

Аida İmanquliyeva müasir ərəb ədəbiyyatının öyrənilməsində yeni səhifə açaraq bütöv bir məktəbin əsasını qoyub. A.İmanquliyevanın fundamental tədqiqatları Azərbaycan və dünya şərqşünaslığını zənginləşdirib. A.İmanquliyeva Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru olmuşdur. Müasir Şərq ədəbiyyatının bir sıra əsərləri də Aida xanımın tərcüməsində işıq üzü görmüşdür.

Elmi ictimaiyyətimiz Aida xanım İmanquliyevanın şərqşünaslıq elminə verdiyi töhfələri daim yüksək qiymətləndirərək, böyük alimi həmişə dərin ehtiramla yad edir.

Download Template Joomla 3.0 free theme.