Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

“Nəriman Nərimanov – böyük maarifçi və ictimai-siyasi xadim” mövzusunda konfransa tezis qəbulunun vaxtı uzadılıb

01 İyul 2020

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu “Nəriman Nərimanov – böyük maarifçi və ictimai-siyasi xadim” respublika elmi konfransına tezis qəbulunu davam etdirir.

 

Ölkədəki mövcud sanitar-epidemioloji vəziyyət və elmi ictimaiyyətin istəkləri nəzərə alınaraq konfransa tezis qəbulunun vaxtı iyulun sonunadək uzadılıb. Konfransda iştirak etmək istəyənlər tezislərini This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron ünvanına göndərməlidir.

 

Konfrans Prezident İlham Əliyevin “Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən keçiriləcək.

 

 

Məruzə tezislərinin qəbuluna dair tələblər:

-         Microsoft Word redaktorunda “Times New Roman” şriftilə - 12, sətirlərarası interval 1.5 olmaqla yazılmalıdır;

-         Mətnin əvvəlində ortada böyük və tünd şriftlə məruzənin adı, altında sağ tərəfdə kiçik və tünd şriftlə müəllifin adı, ata adı, soyadı, onun altında isə iş yeri, elmi dərəcəsi və elektron ünvanı göstərilməlidir;

-         Mətnin kənarındakı boşluqlar:

Sol tərəf – 3 sm;

Sağ tərəf – 1 sm;

Yuxarı hissə - 2 sm;

Aşağı hissə - 2 sm.

Tezisin mətni 1 səhifədən artıq olmamalıdır. Tezislər This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron ünvanına göndərilməlidir. Tezislərin qəbulunun son tarixi 30 iyul 2020-ci ildir.

Təşkilat komitəsi tezislərin seçilməsi, mətndə düzəlişlərin edilməsi və tezislərin geri qaytarılması hüququna malikdir.

Konfransın keçirilməsinin dəqiq tarixi xüsusi karantin rejimindən asılı olaraq müəyyən ediləcək və bu barədə əlavə məlumat veriləcək.

Ünvan: Bakı şəhəri, H.Cavid pr. 117, AMEA-nın Əsas binası,VII mərtəbə, akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu, 715-ci otaq.

Download Template Joomla 3.0 free theme.