Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNAS ALİM KONFRANSDA ÇIXIŞ EDİB

17 İyun 2020

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) və Yeni Azərbaycan Partiyası AMEA Ərazi Təşkilatının birgə təşkilatçılığı ilə "Azərbaycan xalqının Milli Qurtuluş Günü: vətəndaş həmrəyliyinin və milli dirənişin təntənəsi" mövzusunda onlayn elmi konfrans keçirilib.

 

Tədbirdə GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov, AMEA-nın Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə, Yeni Azərbaycan Partiyası AMEA Ərazi Təşkilatının sədri, biologiya üzrə fəlsəfə doktoru, dosent Ulduzə Mehvaliyeva, YAP AMEA Rəyasət Heyəti ilk ərazi təşkilatının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov və başqaları çıxış ediblər. Konfransda çıxış edən AMEA akademik Zıya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı Milli Qurtuluş Gününün müstəqilliyimizin tarixinə şanlı səhifə kimi yazıldığını vurğulayıb. 

 

 

Download Template Joomla 3.0 free theme.