Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

“Şərq xalqlarının I qurultayı – Bakı, 1920. Şərq dünyası 100 il əvvəl və bu gün” adlı Elmi Konfrans keçiriləcək

17 İyun 2020

 

2020-ci ilin 1 sentyabr tarixində Şərq xalqlarının I Bakı qurultayının keçirilməsindən 100 il ötür. 1920-ci il 1-7 sentyabr tarixlərində Bakıda Yaxın və Orta Şərqdə imperializmdən qurtuluş mübarizəsi aparan müsəlman xalqlarının  I qurultayı keçirilmişdir. Qurultay Şərq xalqlarının milli-azadlıq hərəkatının yüksəlişi istiqamətində atılmış mühüm addım idi. İdeya və təşkilatçılığın dövrün Azərbaycan ictimai-siyasi elitası tərəfindən irəli sürülməsi respublikamızın bu prosesdə oynadığı əhəmiyyətli rolun göstəricisi idi. Yubileylə əlaqədar olaraq, AMEA İctimai və Humanitar Elmlər Bölmələrinin və akad.Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Şərq xalqlarının I qurultayı - Bakı,1920. Şərq dünyası 100 il əvvəl və bu gün” adlı Elmi Konfrans keçiriləcək.

 

 

Konfransda iştirak üçün tezislərin qəbulu elan edilir. Konfransın mövzuları aşağıdakılardır:

 

I. Şərq dünyası 100 il əvvəl. Tarixi baxış

  

1.     Şərq xalqlarının Bakı qurultayı Sovet Rusiyası və Kommunist İnternasionalının Şərq siyasətinin tərkib hissəsi və göstəricisi kimi;

 

2.     1914-1920-ci illər Şərq ölkələrində gedən inqilabi proseslər Kominternin Şərq siyasətini şərtləndirən amil kimi;

 

3.     Şərq xalqlarının I qurultayı. Sovet Rusiyası və Kominternin Şərq siyasətində Azərbaycanın yeri;

 

4.     Azərbaycan SSR Şərq xalqlarının inqilabi mübarizəsi üçün ilk müsəlman  sosialist respublikası nümunəsi kimi;

 

5.     Azərbaycanın Sovet-kommunist rəhbərliyinin Şərq xalqlarının Bakı qurultayında təmsilçiliyi;

 

6.     Nəriman Nərimanov və Şərq xalqlarının I qurultayı;

 

7.     Şərq xalqlarının I qurultayı  Azərbaycan və Türküstanın milli qüvvələrinin gözü ilə;

 

8.     Şərq xalqlarının I qurultayı və Qafqaz (Şimali və Cənubi) respublikaları;

 

9.     Şərq xalqlarının I qurultayı və Rusiyanın müsəlman xalqları;

 

10.Şərq xalqlarının I qurultayı və Türküstan (Orta Asiya respublikaları);

 

11. Şərq xalqlarının I qurultayı və İran;

 

12.Şərq xalqlarının I qurultayı və Türkiyə;

 

13.Şərq xalqlarının I qurultayı və Ərəb dünyası;

 

14. Şərq xalqlarının I qurultayı və Çin, Koreya, Hindistan, Uzaq Şərq ölkələri;

 

15. Şərq xalqlarının I qurultayı və  İslam məsələləri.  Şərqin müsəlman xalqlarına təklif edilən ideologiyalar;

 

16. Şərq xalqlarının I qurultayı. Məqsədlər, perspektivlər və nəticələr.

 

 

 

            II. Şərq dünyası bu gün. Şərq ölkələrinin aktual məsələləri

 

 

 

1.     Şərq dünyası  I və II dünya müharibələrindən sonra. Yeni yol axtarışında;

 

2.     SSRİ-nin dağılmasının dünya kommunist və sol hərəkatlara təsiri (Şərq ölkələri kontekstində);

 

3.     Beynəlxalq kommunist və sol hərəkatların müasir durumu. Şərqin sol yönümlü inqilabi təşkilatları;

 

4.     XX əsrin sonu-XXI əsrin əvvəllərində Şərq ölkələrində ideoloji və siyasi proseslər;

 

5.     Müsəlman Şərqində dövlətçilik modeli. Keçmiş SSRİ-nin müstəqilliyini bərpa etmiş respublikaları;

 

6.     Müsəlman Şərqində dövlətçilik modeli. Türkiyə Cümhuriyyəti;    

 

7.     Müsəlman Şərqində dövlətçilik modeli. İran İslam Respublikası;

 

8.     Müsəlman Şərqində dövlətçilik modeli. Rusiya Federasiyası tərkibində  müsəlman respublikaları;

 

9.     Ərəb ölkələri və narıncı inqilablar;

 

10. Müasir dövrdə İslam və islami siyasi təfəkkür;

 

11. Şərq ölkələrinin beynəlxalq təşkilatlarda təmsilçiliyi;

 

12. İslam Əməkdaşlığı Təşkilatı və müasir Şərqin aktual problemləri;

 

13. İslam ölkələri mühitində siyasi liderlik rəqabəti.

 

 

 

Məruzə tezislərinin qəbuluna dair tələblər:

 

-  Microsoft Word redaktorunda “Times New Roman” şriftilə - 12, səhifələrarası interval 1.5 olmaqla yazılmalıdır;

 

-  Mətnin əvvəlində ortada böyük və tünd şriftlə məruzənin adı, altında sağ tərəfdə kiçik və tünd şriftlə müəllifin adı, ata adı, soyadı, onun altında isə iş yeri, elmi dərəcəsi və elektron ünvanı göstərilməlidir;

 

-  Mətnin kənarındakı boşluqlar:

 

Sol tərəf – 3 sm;

 

Sağ tərəf – 1 sm;

 

Yuxarı hissə - 2 sm;

 

Aşağı hissə - 2 sm.

 

Tezisin mətni 1 səhifədən artıq olmamalıdır. Tezislər This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron ünvanına göndərilməlidir. Tezislərin qəbulunun son tarixi 15 iyul 2020-ci ildir.

 

Təşkilat komitəsi tezislərin seçilməsi, mətndə düzəlişlərin edilməsi və tezislərin geri qaytarılması hüququna malikdir.

 

Konfransın keçirilməsinin dəqiq tarixi xüsusi karantin rejimindən asılı olaraq müəyyən ediləcək və bu barədə əlavə məlumat veriləcək.

 

Ünvan: Bakı şəhəri, H.Cavid pr. 117, AMEA-nın Əsas binası, VII mərtəbə, akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu, 715-ci otaq

Telefon: (+994 50) 586 13 36

Download Template Joomla 3.0 free theme.