Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA “CƏNUBİ AZƏRBAYCANIN TÜRK (AZƏRBAYCAN) OYKONİMLƏRİ” KİTABI ÇAPDAN ÇIXIB

17 Aprel 2020

AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aybəniz Həsənovanın “Cənubi Azərbaycanın türk (Azərbaycan) oykonimləri” kitabı çapdan çıxıb.

Giriş, 3 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət kitabda ilk dəfə olaraq xalqımızın ən qədim yaşayış məskənlərindən olan Cənubi Azərbaycan ərazisindəki yaşayış məntəqə adları  toplanıb və bunlar müasir toponimik səviyyədə tədqiq edilib.

 

Bu və ya digər məqsədlə yazılmış bəzi əsərlərdəki epizodik məlumatlar istisna olmaqla, tədqiq edilən regionun toponimiyası, xüsusən onun oykonimiyası indiyə qədər nə İranda, nə də respublikamızda ayrıca tədqiq obyekti olmayıb. Buna görə də bu əsərdə ilk təşəbbüs olaraq Cənubi Azərbaycan oykonimiyası toplanıb və sistemləşdirilib, onların qeydə alındığı mənbə və məxəzlər nəzərdən keçrilib, ayrı-ayrı paleo və mezooykonimlərin, imkan daxilində ilkin forma və variantları bərpa edilib, oykonimik adların yaranma və törəmə, meydana gəlmə və normalaşma yolları müəyyənləşdirilib, leksik-semantik qrupları (etnooykonimlər, antropooykonimlər, fitooykonimlər, orooykonimlər, hidrooykonimlər, əlamət və keyfiyyət bildirən oykonimlər və s.) aydınlaşdırılıb.

 

Download Template Joomla 3.0 free theme.