İ.İbrahimi Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Gövhər Baxşəliyeva ilə görüşüb.
Görüşdə Azərbaycan və İran arasında elm, təhsil, mədəniyyət sahəsində əlaqələrdən söhbət aparılıb, Şərqşünaslıq institutu ilə İran Mədəniyyət Mərkəzi arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb. Danışıqlar zamanı Azərbaycanda və İranda birgə təşkil oluna biləcək elmi tədbirlərin planlaşdırılması, alimlərin qarşılıqlı səfərləri, Şərqşünaslıq İnstitutunda İranşünaslığa dair çap olunmuş kitabların təkrar nəşri və bu sahədə yeni elmi əsərlərin nəşr etdirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.