Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

AMEA AKAD. Z.M.BÜNYADOV ADINA ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNUN “ŞƏRQ ARAŞDIRMALARI” ELMİ-NƏZƏRİ JURNALINDA MƏQALƏLƏRİN NƏŞRİNƏ DAİR TƏLƏBLƏR

14 Fevral 2020

1.      “Şərq araşdırmaları” elmi-nəzəri jurnalına çap üçün məqalələr Azərbaycan, rus və ingilis dillərində çap şəklində və elektron daşıyıcıda qəbul edilir.

 

2.      Məqalələr Times New Roman-la, 1,5 interval və 14 şriftlə yazılmalıdır.

 

3.      Parametrlər aşağıdakı qaydada olmalıdır:

 

 

Aşağı – 2

 

Yuxarı – 2

 

Sağ – 3

 

Sol – 1

 

4.      Abzas 1 sm olmalıdır.

 

5.      Başlıq:

 

Öncə məqalənin adı, 1 sətir boşluqdan sonra müəllifin adı verilir. Məqalənin adı bütün hərflər böyük olmaqla qara (bold) ilə verilir. Məqalənin adı ortada, müəllifin adı sağda qara ilə olmalıdır. Soyadının bütün hərfləri qara ilə və böyük hərflərlə verilməlidir, məsələn:

 

MÜASİR FƏLSƏFƏ VƏ PLÜRALİZMİN ÜNSİYYƏT MƏDƏNİYYƏTİNƏ DAİR

 

Roida RZAYEVA

 

6.     Müəllifin elmi dərəcəsi, işlədiyi yer və e-mail adresi soyadının qarşısına ulduz (*) işarəsi qoyulmaqla səhifə sonunda kursivlə verilir, məsələn,

 

 Fəlsəfə elmləri doktoru, AMEA akad.Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu

 

e-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

7.      Məqalənin  yazıldığı dildəki açar sözlər müəllifin adından sonra aşağıdakı qaydada 10 şriftlə, 1 sətir öncədən, 1 sətir sonradan ara verilməklə yazılmalıdır:

 

Açar sözlər: postmodernizm, plüralizm, dialoq, Özününkü, Özgə

 

8.      Məqalələr daxili bölgülərlə verilməlidir: Giriş, I, II... və Nəticə. Paraqraflar adlandırılmalıdır.

 

9.      Ədəbiyyat kod sistemi ilə verilməlidir: ya istifadə ardıcıllığı və ya əlifba sırası əsas götürülməlidir. Başqa qaydalar qəbul edilməyəcək.

 

Mətn içində istinadlar bu qaydada veriləcək: (3, s. 15)

 

Birinci rəqəm istifadə edilən ədəbiyyatın kod nömrəsi olmalıdır. Vergül və nöqtədən sonra ara verilməlidir.

 

Ədəbiyyat sözü qara və kursivlə yazılmalı, öncə bir sətir ara verilməli və ortada olmalıdır, məsələn,

 

Ədəbiyyat:

 

Ədəbiyyat siyahısı əllə deyil, avtomatik olaraq, nömrələnməlidir. Ədəbiyyatın sırası 1 sm. sağa doğru çəkilməli və sol sıra çıxıntısız olmalıdır, məsələn,

 

Kitab adı:

 

1.      Bernstein R.J. (1990). The New Constellation: The Ethical-Political Horizons of Modernity/Postmodernity. Cambridge, Mass.: MIT Press

 

Məqalə adı:

 

1.      ПетренкоЕ.Л. (2003). Ю.Хабермас размышляет о модерне // Хабермас Ю. Философский дискурс о модерне. Пер. снем. М.

 

Konfrans materialları üçün:

 

1.     Рзаева Р.О. (2012). К вопросу о диалогичности постмодерна / «Диалог культур в условиях глобализации» Материалы Бакинского форума, посвящённого памяти Гейдара Алиева. М.: «Канон+» РООИ «Реабилитация», с.554-559

 

10. Xülasələr üç dildə (Azərbaycan, rus və ingilis) yazılmalıdır və 150-200 sözdən ibarət olmalıdır. Öncə müəllifin adı, növbəti sətirdə məqalənin adı qara şriftlərlə verilməlidir. Müəllifin adı qara və sağda, məqalənin adı ortada qara və kursivlə yazılmalıdır. Məqalənin adından sonra kursivlə açar sözlər yazılmalıdır. Məsələn,

 

Elman Quliyev

 

Influence of the socio-political changes in Turkey at the end of the XIX and the beginning of the XX century on literary process, and the main stages of the new literature

 

Key words: Tanzimat, tradition, Hamid, Shinasi, Western values

 

 

 

Müəllifin adından öncə bir sətir ara verilməlidir.

 

11. Bu qaydalara uyğun yazılmayan, orfoqrafik, imla və ya üslub xətaları olan məqalələr qəbul edilməyəcək.

 

12. Elmi dərəcəsi olmayanların məqalələrini elmi rəhbərlərinin oxuyub imzalaması vacibdir.

 

13. Bütün məqalələr müvafiq elmi sahə üzrə elmlər doktorunun rəyi və şöbə müzakirəsinin protokolundan çıxarış ilə kağızda və elektron variantda təqdim edilməlidir.

 

14. Hər bir məqalə redaksiya heyətinin rəyinə əsasən çap olunur.

 

15. Məqalələrin nəşri ödənişlidir (Şərqşünaslıq İnstitutunun əməkdaşları istisna olmaqla). Ödəniş müvafiq bank şöbələri üzrə mümkündür.

 

 

 

Əlaqə: AMEA Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu, otaq 721.

 

Tel: 055 471 13 66; e-mail: sherq.arashdirmalari@mail.ru

Download Template Joomla 3.0 free theme.