Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA XƏBƏRDARLIQ VƏ TOPLANIŞ MƏŞQİ KEÇİRİLİB

14 Fevral 2020

Fevralın 14-də AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Mülki Müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqi keçirilib.

Tədbirin məqsədi fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə qüvvələrinin hazırlığının yoxlanılması olub.

Tədbiri Şərqşünaslıq İnstitutunun elmi katib Səbinə Səlimova açıb və institut direktorunun Mülki Müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqinin keçirilməsi ilə əlaqədar 10 nömrəli əmrini iştirakçılara çatdırıb.

 

Tədbirdə Şərqşünaslıq İnstitutunun Mülki Müdafiə qərargahının rəisi Namiq Abdullayev tədbirin planını, keçirilmə məqsədini iştirakçılara çatdırıb. Tədbirdə Mülki Müdafiə qüvvələrinin vəzifələri iştirakçılara çatdırılıb  və fövqəladə hallar baş verən zaman praktiki vərdişlərin təkmilləşdirilməsi fəaliyyətinin məşqi aparılıb.

Tədbirdə ilkin tibbi yardım göstərilməsi ilə bağlı film nümayiş etdirilib.

Məşqlərin sonunda Şərqşünaslıq İnstitutunun Mülki Müdafiə qərargahının rəisi Namiq Abdullayev məşq iştirakçılarının suallarını cavablandırıb.

 

Download Template Joomla 3.0 free theme.