Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNUN ƏMƏKDAŞLARI SƏUDİYYƏ ƏRƏBİSTANINDA TƏLİM KURSUNDADIRLAR

05 Fevral 2020

AMEA akad.Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində Kral Əbdüləziz adına Beynəlxalq Ərəb dilinə Xidmət Mərkəzinin təşkil etdiyi “Ərəb dilinin tədrisi” təlimlərində iştirak edirlər.

Kral Əbdüləziz adına universitetdə təşkil olunmuş təlim proqramında Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin böyük elmi işçisi, fil.ü.f.d. Fatma Məcidova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, t.ü.f.d. Gülər Qafqazlı, Din və ictimai fikir tarixi şöbəsinin kiçik elmi işçisi Elnur Mustafayev iştirak edirlər.

Fevralın 1-dən başlanan təlimlər ayın 15-dək davam edəcək.

Download Template Joomla 3.0 free theme.