Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNUN ƏMƏKDAŞLARI MİSİRDƏ TƏLİM KURSUNDA OLUBLAR

05 Fevral 2020

AMEA akad. Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun iki əməkdaşı - Təhsil şöbəsinin müdürü, filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Bayramova və Din və ictimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Leyla Məlikova bu günlərdə Misir İnkişaf Tə­rəf­daşlığı Agent­liyinin və Qahirə Universitetinin Ərəb Dili İn­ki­şa­­fı və Tədrisi Mər­kə­zinin Misirdə “Qeyri-ərəbdilli universitet mü­əl­­limləri üçün ərəb dilinin öy­rə­dil­məsi” sahəsində təşkil etdiyi təlim kur­sun­dan qayıdıblar.

Təlim kursu Qahirə Universitetinin rektoru doktor Məhəmməd Osman əl-Xuşt, Mi­sir İnkişaf Tərəfdaşlığı Agentliyinin baş katibi Mahmud əl-Məğribi, Qa­hirə Universitetinin prorektoru doktor ­Mə­həm­məd Sami Abdus Sadiq, Pedaqoji fa­kültənin dekanı  doktor İman Haridi və Qa­hirə Universitetinin Ərəb Dili İn­ki­şa­­fı və Təd­risi Mər­kəzinin müdiri doktor Xələf Abdul Mutinin rəhbərliyi altında fəaliyyət gös­tərib. Bir ay davam edən təlim kur­sun­da Azərbaycanla yanaşı dün­ya­nın on öl­kə­sin­­­dən olan nümayəndə heyəti də iştirak edib.

180 saatı əha­tə edən kurs ərzində xüsusi şəkildə qeyri-ərəblərə ərəb di­li­nin tədrisi sahəsində mövcud olan yeni metodikalar və onların tətbiqi ilə bağlı mühazirələrə üstünlük ve­rilib.Ərəbdilinin təlim və tədrisinin inkişaf etdirilməsi sahəsində ərəb dili və ədəbiyyatı, tarixi və mədəniyyəti, in­foqrafika ilə bağlı mühazirələr xü­susi maraq doğurub. Müasir təlim texnologiyalarının verdiyi imkanlar daxilində ərəb dili tədrisinin bu gün üçün zəruri olan aktual problemlərinin ortadan götürülməsi üçün müxtəlif öl­kə­lər­dən olan nümayəndə he­yətləri qeyri-ərəblərlə  ərəb dilinin tədrisi ilə bağlı öz təc­rü­bələrini paylaşıblar.

Qahirə Universitetinin pro­rek­­to­ru doktor ­Mə­həm­məd Sami Ab­dus Sadiq şəxsən iştirakçılarla gö­rüş­üb. Kurs ba­şa çatdıqdan sonra iştirakçıların hər birinə sertifikatlar təqdim edilib.

 İstirahət gün­lərində Qahirənin tarixi yerlərinə ekskursiyalar təşkil edil­ib, habelə Şarm əş-Şeyx və İsgəndəriyyə şəhərlərinə də səfərlər təş­kil olunub. Bu şəhərlərin  gör­məli yerləri, tarixi abidələri, muzeyləri, o cümlədən məşhur İs­gən­də­riy­yə ki­tab­xanası da ziyarət edilib.

Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər xanım Baxşəliyevanın institutu əməkdaşları Lalə Bayramova və Leyla Məlikova vasitəsilə göndərdiyi  institutun elmi fəaliyyətini əks etdirən bukleti Qahirə Universitetinin rektoru doktor Məhəmməd Osman əl-Xuşta, pro­rek­­to­ru doktor ­Mə­həm­məd Sami Ab­dus Sadiqə, Əl-Əzhər universitetinin rektoru doktor Əhməd Əsəd ət-Təyyana, Aynu-Şəms Univeritetinin rektoru doktor Mahmud Şauqiyə çatdırılıb, davamlı elmi əməkdaşlıq təklif olunub.

 

Download Template Joomla 3.0 free theme.