Professor Qoldenin türk xalqları və Şərqi Avropanın orta əsrlər tarixinə həsr edilmiş çoxsaylı əsərləri bu elm sahəsinin fundamental nailiyyətləri sayılır. Osman Karatay və İştvan Zimonyi tərəfindən redaktə edilmiş cilddə sahənin bir çox ölkələri təmsil edən 32 aparıcı ekspeti, o cümlədən Tomas Ollsen, Khristofer Bekvit, Edmund Bosvort, Yeva A. Çatos, Lars Yohanson, Devin DeVise, Anatoli Xazanov, Roman Kovalyov, Rut Mezerv, Ulu Şamiloğlu, Viktor Spiney, İsenbikə Togan və İştvan Vazari iştirak etmişlər. Görkəmli alimlərin yazıları sırasında AMEA Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri Fərda Əsədovun Xəzər türklərinin erkən tarixinə aid məqaləsi də yer alıb.