Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNUN “ŞƏRQ ARAŞDIRMALARI” JURNALININ İLK SAYI İŞIQ ÜZÜ GÖRÜB

05 Fevral 2020

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Şərq araşdırmaları” elmi-nəzəri jurnalının ilk sayı işıq üzü görüb.

Ali Attestasiya Komissiyasının elmi nəşrlər siyahısına daxil olan jurnalın baş redaktoru Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyevadır. Jurnalın redaksiya heyətinə, Azərbaycan, Rusiya, Rumıniya, Türkiyə və Gürcüstandan nüfuzlu alimlər, o cümlədən akademik İ.Həbibbəyli (Azərbaycan), akademik N.Axundova (Azərbaycan), akademik V.V.Naumkin (Rusiya), akademik A.B.Kudelin (Rusiya), akademik N.Vəlixanlı (Azərbaycan), akademik Ş.Mustafayev (Azərbaycan), professor T.Cəmil (Rumıniya), professor T.Seyhan (Türkiyə), doktor H.Eren (Türkiyə), professor M.Xalvaşi (Gürcüstan), professor M.E.Kılıç (Türkiyə), professor İ.F.Popova (Rusiya), professor T.Məlikli (Azərbaycan), professor S.Rüstəmova-Tohidi (Azərbaycan), professor M.Kazımov (Azərbaycan), professor V.Cəfərov (Azərbaycan), professor A.Abiyev (Azərbaycan), professor İ.Əlibəyov (Azərbaycan), i.ü.e.d. D.Vəliyev (Azərbaycan), professor E.Əzizov (Azərbaycan) daxildirlər.

 

Jurnalda filologiya, tarix, siyasi elmlər, fəlsəfə, ilahiyyat və iqtisadiyyat sahələrinə aid 29 elmi məqalə dərc olunub. Bu sırada maraqlı mövzularda “XIX əsrin sonu-XX əsrin əvvəllərində Türkiyədə ictimai-siyasi dəyişikliklərin ədəbi prosesə təsiri və yeni ədəbiyyatın əsas mərhələləri”, “Tənzimatdan II məşrutiyyətə qədər olan dövrdə mətbuat ətrafında yaranan ədəbiyyat mühiti”, “Aşıq Veysəl şeirlərində milliliyin təzahür formaları”, “Sufilikdə məqam və hal anlayışı”, “Türkiyə romanında qadın imzası”, “Oğuz qrupu türk dillərində iqlim leksikasının etimoloji aspektləri”, “Qafqaz albanlarının Şərq ilə konfessional əlaqələri”, “Türk dövlətlərinin beynəlxalq təşkilatlar çərçivəsində mədəni inteqrasiyası: mövcud reallıqlar və perspektivlər”, “Müasir fəlsəfə və plüralizmin ünsiyyət mədəniyyətinə dair”, “Peyğəmbərin hədislərində etik normalar” və s. məqalələri qeyd etmək olar.

Jurnalın ikinci sayına məqalə qəbuluna başlanılıb.

Download Template Joomla 3.0 free theme.