Yaxın və Orta Şərqi coğrafi və iqtisadi məkan kimi xarakterizə edən F.Əsədov regionun əsas ticarət istiqamətlərindən, xüsusən də İpək yolundan bəhs etdi. Tarixdə Yaxın Şərqi vahid siyasi nəzarət altına almaq cəhdlərindən danışan məruzəçi, regionda tarix boyu mövcud olmuş Assuriya, Əhəmənilər imperiyaları, Makedoniyalı İsgəndərin İmpreiyası, Roma və Parfiya imperiyalarının rəqabəti, Sasanilər dövləti, Ərəb-müsəlman xilafəti, Səlcuqların fəthləri, Səfəvilər və Osmanlılar dövründə müsəlman dünyasının qütbləşməsi, I Dünya müharibəsinin sonunda Yaxın və Orta Şərqdə baş verən siyasi proseslər, eləcə də Yaxın Şərqdə II Dünya müharibəsi sonrası yaranan vəziyyət, həmçinin hazırkı Yaxın Şərq durumunun konturları barədə ətraflı təhlillər apardı.
Məruzədən sonra F.Əsədov seminar iştirakçılarının suallarını cavablandırdı və mövzu ətrafında müzakirələr aparıldı.