Fransa alim və tədqiqatçılarının iştirak etdikləri birinci konfransda Rusiya imperiyası dövründə Cənubi Qafqazda müsəlman icmasının mədəniyyət transformasiyasının mərhələləri barədə məlumat verilib.
Azərbaycanda ilk nömrəsi 100 il əvvəl çapdan çıxmış “Molla Nəsrəddin” satirik jurnalına həsr edilən ikinci konfransda Ş.Mustafayev bu nəşrin tarixi haqqında məlumat verib. Jurnalın müəllifinin XX əsr həyatının eybəcərliklərinə qarşı çevrilmiş amansız qəzəb və nifrətinin arxasında Vətənə və xalqa məhəbbətin dayandığı, onları dünyanın qabaqcılları sırasına çıxarmaq arzusunun əks olunduğu diqqətə çatdırılıb.
Bildirilib ki, hələ 100 il bundan əvvəl jurnal qadınların müdafiəçisi kimi çıxış edərək, diqqəti qadın azadlığı və qızların təhsil almaları məsələlərinə yönəldirdi.
Qeyd edək ki, ENS Fransanın ən nüfuzlu ali məktəbidir.