“Nəsimi ili” çərçivəsində İmadəddin Nəsimi yaradıcılığı ilə bağlı mühüm işlər görüldü. Müxtəlif sənədli filmlər hazırlandı, məqalələr toplusu, bukletlər, albomlar, monoqrafik tədqiqatlar nəşr olundu. Eləcə də Heydər ƏIiyev Fondunun dəstəyi ilə beş ölkə tədqiqatçısının iştrak etdiyi bir toplu çapdan çıxdı.
Nəsimi tədqiqatçısı, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin aparıcı elmi işçisi, İnstitutda fəaliyyət göstərən Nəsimi qrupunun rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şixıyeva həyata keçirilən layihələri yüksək qiymətləndirir. Bununla belə, onu maraqlandıran bir məsələ də var. Görəsən görülən işlər Nəsimişünaslığı nə qədər zənginləşdirdi və onlar tarixdə qalacaqmı?
REAL TV-yə müsahibə verən Səadət Şixiyeva deyir ki, Nəsimi ili çərcivəsində onun yaradıcılığı ilə bağlı görülən işlər ölkə ilə hüdudlanmadı. Nəsimi festivalı Nəsimi ilə bağlı işlərin beynəlxalq miqyasda tanınmasına yol açdı. Festivala dəvət olunan qonaqlar, Nəsimi tədqiqatları ilə tanış oldular. Nəsimi ilində Şamaxı şəhərində görkəmli şəxsiyyətlərin dəfn olunduğu tarixi Şaxəndan qəbiristanlığının da bərpası təqdirlayiqdir.
Görülən işlərnən yanaşı Nəsimişünas deyir ki, boşluqlar da qalmaqdadır. Nəsimişünaslıq sahəsində görüləcək işlər hələ çoxdur.
Səadət Şixiyeva Nəsimin sistemli şəkildə öyrənilməsi üçün mərkəzin yaradılmasını vacib sayır. O, hazırdı Nəsiminin tədrisi ilə bağlı boşluqların olduğunu deyir. Onun sözlərinə görə, bu boşluqların aradan qaldırılması üçün tədrisdə Nəsimi ilə bağlı məlumatlar yenidən işlənilməli və dövrün tələbinə uyğun təqdim olunmalıdır.
https://www.realtv.az/news/az/34066/nesimi-ilinde-gorulen-ishler-video?fbclid=IwAR3XODZtJ9VbdN-uCnaowDf2JXp2SKnp7u2bI_RNgAkadjYQgWTDGoijQqQ