Nəşrdə Mərkəzi Asiya regionunun arxeologiyası, tarixi, mədəni inkişafı və əlaqələrinin müxtəlif cəhətlərini əks etdirən 40-dan artıq məqalə toplanıb. Kitabın müəllifləri sırasında Fransa, İtaliya, Rusiya, Özbəkistan, Tacikistan alimləri ilə yanaşı, azərbaycanlı şərqşünas-tarixçilər Şahin Mustafayev və Fərda Əsədov da var.
Mərasimdə kitabın redaktorlarından biri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu direktorunun müavini, AMEA-nın müxbir üzvü Şahin Mustafayev məruzə ilə çıxış edib.
Alim kitabın hazırlanıb nəşr edilməsi ilə əlaqədar elmi layihənin tərtibi və həyata keçirilməsi, bu problemlərin öyrənilməsində Orta Asiya və Azərbaycan alimlərinin rolu barədə danışıb.
Sonra mövzu ətrafında geniş elmi müzakirələr aparılıb.