G.Baxşəliyeva Heydər Əliyevin ölkə həyatının bütün sahələrinə, o cümlədən elmə böyük diqqət yetirdiyini söyləyib. İnstitutun rəhbəri bu gün də ulu öndərin yolunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.
Gövhər Baxşəliyeva ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin əziz və işıqlı xatirəsinin qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını vurğulayıb.
Tədbirdə çıxış edən institutun Cənubi Azərbaycan şöbəsinin müdiri, t.ü.f.d. Səməd Bayramzadə, Din və İctimai fikir tarixi şöbəsinin müdiri, fəl.ü.f.d. Esmeralda Həsənova, Ərəb filologiyası şöbəsinin müdiri, fil.ü.e.d. Vilayət Cəfərov, İran filologiyası şöbəsinin böyük elmi işçisi, fil.ü.f.d. Şəmsi Əhmədov və başqaları Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, ölkəmizdə sabitliyin bərqərar olunmasında misilsiz xidmətlərindən bəhs ediblər və bildiriblər ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, elmin inkişafında da ulu öndərin xidmətləri heç zaman unudulmayacaq.