Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNAS ALİM İMİŞLİDƏ NƏSİMİNİN YUBİLEY TƏDBİRİNDƏ

25 Oktyabr 2019

Oktyabrın 25-də Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyilə əlaqədar AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialı, Kürdəmir Regional Mədəniyyət İdarəsi ilə birlikdə hazırladığı silsilə tədbirlərinyekunu olaraq ədəbi-bədii məclis keçirilib. İmişli rayon Mədəniyyət Mərkəzində keçirilən Məclisi giriş sözü ilə AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialının müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq Nəsiminin sənətkarlığından danışıb. O, Nəsimini klassik Azərbaycan ədəbiyyatının ölməz nümayəndəsi, XIV əsrin sonları, XV əsrin əvvəllərindən başlayaraq müasir dövrə qədər Yaxın və Orta Şərqin ədəbi-ictimai fikrini özünə cəlb edən, sənətkarlığı, dili, üslubu, ifadə tərzi, fəlsəfi ideyaları, dünyagörüşü, ictimai fəaliyyəti, mübarizəsi və şəxsi mərdliyi sayəsində böyük şöhrət qazanan, yaşadığı zamanda və özündən sonra yetişmiş bir çox söz ustalarına, şair və aşıqlara güclü təsir göstərən, onların yaradıcılığına nüfuz edən dahi şair kimi səciyyələndirib.

 

AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva “Nəsiminin həyatı öz qələmi ilə” mövzusunda çıxış edərək Allahla təbiətin, idrakla eşqin vəhdəti prinsipinə söykənən, varlığın sirrini səsdə, hərfdə, sözdə görən, xalqı xaliqdən ayrı düşmüş zərrə sayan və o zərrəni öz tamına qovuşdurmağa çağıran bir ideologiyanı füsunkar şeir dili ilə yayan Azərbaycanlı şairin şəxsiyyətini, obrazını tamaşaçılara çatdırıb.

Məclisin qonağı olan AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Komparativistika və bədii tərcümə şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Şəfəq Əlibəyli “Nəsiminin farsca “Divan”ının özəllikləri” mövzusunda çıxış edib. Azərbaycan, Orta Asiya, Anadolu, İran, İraq, Ərəbistan və Şərqin bir çox mədəni mərkəzlərində geniş yayılmış, Şərqin bir çox əlyazma xəzinələri və kitabxanalarının fəxri olan şairin “Divan”ının farsca nüsxəsi haqqında tamaşaçılara ətraflı məlumat verib.

Məclisdə həmçinin musiqili qonaqların, eləcə də qiraətçilərin ifası səsləndirilib, aktrotların ifasında “Mən bu cahana sığmazam” tamaşasından bir səhnə mümayiş etdirilib.

Tədbirin yekununda İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev çıxış edərək Nəsimi yaradıcılığı və onun yubileyinin qeyd olunmasının xüsusi önəmi barədə danışıb.

Download Template Joomla 3.0 free theme.