Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

“AZƏRBAYCAN ŞƏRQŞÜNASLIĞI” JURNALININ NÖVBƏTİ SAYI İŞIQ ÜZÜ GÖRÜB

24 Oktyabr 2019

AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi-kütləvi nəşri olan “Azərbaycan şərqşunaslığı” jurnalının № 2 (18), 2019 sayı işıq üzü görüb. Jurnalın ilk bölməsi əsasən görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunub. Jurnalın “Aida İmanquliyeva-80” bölməsində akademik Gövhәr Baxşәliyevanın “Şәrqşunaslıq elmimizin dünya şöhrәtli görkәmli nümayәndәsi”, professor Vilayәt Cәfәrovun “ Mәn Aida İmanquliyeva haqqında yazdığım ilk mәqalәmdә nәdәn danışırdım” məqalələri və digər yazılar yer alıb. Jurnalda həmçinin Aida İmanquliyevanın özünün vaxtilə yazdığı bir neçə məqalə oxuculara təqdim olunub.

 

Bundan əlavə, “Ədəbiyyat” bölməsində Cengiz Dağcının, İhsan Raif xanımın, Məhəmməd Əmin Təbrizi Dilsuzun yaradıcılığına həsr olunmuş yazılar, “Uzaq Şәrq” bölməsində Çin, Yaponiya, Cənubi Koreyaya həsr olunmuş məqalələr, son aylarda institutda nəşr olunmuş kitablar, keçirilmiş konfranslar, iclaslar, görüşlәr barədə məlumatlar verilib.

Download Template Joomla 3.0 free theme.