Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNAS ALİM İĞDIRDA KONFRANSDA

19 Oktyabr 2019

AMEA akad.Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "Beynəlxalq əlaqələr şöbəsinin" müdiri Qafqazlı Gülər 16-18 oktyabr 2019-cu ildə Türkiyə Respublikasının İğdır şəhərində keçirilən " I Beynəlxalq XX yüzilliyin ilk yarısında türk-erməni münasibətləri" adlı beynəlxalq simpoziumunda iştirak etmişdir. O bu beynəlxalq tədbirdə  "I Dünya müharibəsi zamanı "Böyük Ermənistan" xəyalları" adlı məruzə ilə çıxış etmişdir. Məruzədə ermənilərin "Böyük Ermənistan" dövləti yaratmaq üçün törətdikləri soyqırımlardan danışılır. Beləki, bu qətl hadisələri təkcə Azərbaycan ərazisində deyil, həmçinin, Türkiyənin bir çox şəhərlərində, o cümlədən İğdırda da törədilmişdir. Bu hadisələrin təsviri Azərbaycan Dövlət arxivində və AXC-nin saxlanılan sənədləri əsasında verilmişdir.

Download Template Joomla 3.0 free theme.