Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNAS ALİM İSTANBULDA BEYNƏLXALQ ELMİ TƏDBİRLƏRDƏ İŞTİRAK EDİB

15 Oktyabr 2019

AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Din və ictimai fikir tarixi” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Leyla Məlikova 1-10 oktyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilmiş iki beynəlxalq elmi tədbirdə öz məruzələri ilə çıxış edib. Hər iki məruzədə L.Məlikova tərəfindən Azərbaycanın görkəmli ictimai xadim və mütəfəkkirləri Əhməd bəy Ağayev (Ağaoğlu) və Əli bəy Hüseynzadənin həyat və yaradıcılıqlarında əsas, biri-birini tamamlayan iki aspektin – islam birliyi və ümumtürk birliyi ideyalarının dərin iz buraxması məsələsi işıqlandırılıb.

 

Beynəlxalq İslam Fikri İnstitutu (BİFİ) və "İdrak" İctimai Birliyinin təşkilatçılığı ilə oktyabr ayının 1-5-də "MDB ölkələrində İslam fikri: keçmişi, bu günü və irəliləmənin yolları" mövzusunda keçirilən Beynəlxalq forumda dünyanın məşhur alimlərinin tutarlı məruzələri, bir çox yeni fikirləri səsləndirilib. BİFİ-nin Baş Katibi d-r Ömər Həsən Kasule öz məruzəsində qeyd edib ki, müsəlman dünyasının alimləri ümumbəşər elminin bir hissəsi olmalıdırlar və ortaq intellektual irsə dair öz yanaşmalarını işləyib hazırlamalıdırlar, yəni müasir mərhələdə ortaq bir sivilizasiya irsinin və islam dəyərlərinin inteqrasiyasına böyük ehtiyac duyulur.

Forumda Rusiya, Qazaxıstan, Gürcüstan və digər MDB ölkələrinin alimləri iştirak ediblər. Azərbaycanı təmsil edən şərqşünas alim Leyla Məlikovanın “XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycan ziyalı elitasının nümayəndələrinə islam birliyi ideyalarının təsiri” mövzusunda məruzəsi Forumun iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Oktyabrın 8-9, iki gün ərzində İstanbul Universitetinin rektorluğunda yeddi ölkədən 50-yə yaxın elm adamının iştirakı ilə keçirilən "Türk sivilizasiyası: uzaq keçmişdən günümüzədək" mövzusunda islam elm tarixinin tədqiqatçısı prof., d-r Fuat Sezginin xatirəsinəƏhməd Yəsəvi Universiteti, İstanbul Universiteti və Mərmərə Universitetlərinin dəstəyi ilə təşkil edilən VIII Beynəlxalq Türkoloji Konqresinin açılış mərasimində Əhməd Yəsəvi Universitetinin rektoru vəzifəsini icra edən d-r Cengiz Tomar, İstanbul Universitetinin rektor müavini prof. d-r İlyas Topsakal, Sultanbeyli Bələdiyyəsinin başçısı Hüseyn Keskin, Əhməd Yəsəvi Universitetinin Qəyyumlar Şurasının sədri d-r Musa Yıldız, İstanbul Universiteti Ədəbiyyat fakültəsinin dekanı d-r Hayati Develi çıxış ediblər. Azərbaycanın müxtəlif elm və təhsil ocaqlarının təmsilçiləri digər ölkələrin nümayəndələri ilə birlikdə Konqresdə iştirak etmək məqsədi ilə İstanbul Universiteti rektorluğunun binasında toplaşıblar. Leyla Məlikova “XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycan ziyalı elitasının nümayəndələrinə ümumtürk birliyi ideyalarının təsiri” mövzusunda məruzəsini böyük uğurla Konqresdə səsləndirib.

Download Template Joomla 3.0 free theme.