Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA AZƏRBAYCAN-ÖZBƏK ƏDƏBİ ƏLAQƏLƏRİNƏ DAİR KİTAB NƏŞR OLUNUB

30 Sentyabr 2019

AMEA akademik Z.M.Bünyadov adı­na Şərqşünaslıq İnstitutunun “Mərkəzi Asiya ölkələri” şöbəsinin aparıcı el­mi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Həşimovanın “Milli-ideoloji məsələlər konteks­tin­də Azərbaycan-özbək ədəbi əlaqələri” monoqrafiyası işıq üzü görüb.

Müstəqil respublikamızın ədəbi əlaqələrini, bu əlaqələrdə mil­li inkişaf xüsusiyyətlərini araşdıran T.Həşimovanın dörd fəsildən, on iki bölmədən ibarət monoqrafiyası elmi-nəzəri dəyəri, aktual­lı­ğı baxımından əhəmiyyətlidir. Zəngin tarixə malik Azərbaycan və özbək ədəbi əla­qələrini çoxsaylı faktlar və materiallar əsasında araşdırma ob­yek­tinə çevirən alim, müasir Azərbaycan və özbək poeziyalarının or­taq xüsusiyyətlərini, qarşılıqlı bədii tərcümə problemlərini, müstəqillik dövründə Azərbaycan və özbək xalqlarının ədəbiyyat­la­rı­nın nəzəri-tipoloji müqayisəsini, müstəqillik döv­rün­də qarşılıqlı ədəbi nəşrləri və digər elmi-ədəbi məsələləri diqqət mərkəzində saxlayır.



Monoqrafiya müasir özbək ədəbiyyatının öyrənil­mə­si, türk xalqlarının inteqrasiyası baxımından, ədəbi əlaqələrin or­taq və milli inkişaf xüsusiyyətlərinin müəyyənləşməsi isti­qa­mə­tin­də yeni və uğurlu bir əsər, müstəqil respublikalarımızın ədəbi əla­qələrinin öyrənilməsində mühüm elmi nailiyyətdir.

Download Template Joomla 3.0 free theme.