Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

AKADEMİK ŞAHİN MUSTAFAYEV UNESCO-nun TƏDBİRİNDƏ İŞTİRAK EDİB

30 Sentyabr 2019

22-26 sentyabr 2019-cu il tarixində İranın Həmədan şəhərində UNESCO-nun Dünya İrs siyahısına İpək Yolu transmilli seriya nominasiyası Əlaqələndirmə Komitəsinin 6-cı toplantısı keçirilib. Tədbirdə tarixi İpək Yolu üzərində yerləşən 14 ölkənin və UNESCO, İCOMOS kimi bir sıra nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Toplantının əsas məqsədi layihəyə üzv olan ölkələrdə İpək Yolu ilə bağlı tematik tədqiqatların genişləndirilməsi və təkmilləşdirilməsi məsələlərini müzakirə etməklə Dünya İrs siyahısına daxil olan abidələrin mövcud vəziyyətini gözdən keçirmək və üzv ölkələr tərəfindən bu sahədə İpək Yolu nominasiyalarının hazırlanmasında əldə edilən nailiyyətləri və qarşılaşılan problemləri dəyərləndirməkdən ibarət idi.



Toplantıda ekspert sifətində Azərbaycanı akademik Şahin Mustafayev təmsil edirdi. Öz məruzəsində o, Azərbaycanda İpək Yolu mövzusunda aparılan elmi tədqiqatlar, ölkəmizin UNESCO-nun İpək Yolu seriya nominasiyası layihəsində iştirak imkanları və beynəlxalq əməkdaşlıq perspektivləri barədə iştirakçılara məlumat verib. Akademik Şahin Mustafayevin çıxışı toplantı iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayevin UNESCO-nun Ümumdünya İrs Mərkəzinin direktoru M.Rösslerə ünvanladığı 18 sentyabr 2019-cu il tarixli məktubuna əsasən Azərbaycanın rəsmi şəkildə İpək Yolu transmilli seriya nominasiyası Əlaqələndirmə Komitəsinə üzv olması elan olundu və bu xəbər iştirakçılar tərəfindən alqışlarla qarşılandı.

Download Template Joomla 3.0 free theme.