Sentyabrın 27-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqi keçirilib. Məşqlərin mövzusu “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə qüvvələrinin hazırlığının yoxlanılması” olub.
Şərqşünaslıq İnstitutunun Mülki müdafiə qüvvələrinin qərargah rəisi Namiq Abdullayevin keçirdiyi məşqlərdə İnstitutun mülki müdafiə qərargahı və mülki müdafiə qüvvələrinin şəxsi heyəti iştirak edib. İclası Şərqşünaslıq İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Səbinə Səlimova açıb.
Məşqlərdə Mülki müdafiə qüvvələrinin toplantısı elan edilib, şəxsi heyətin qeydiyyatı aparılıb, Mülki müdafiə qüvvələri hazır vəziyyətə gətirilib.
Şərqşünaslıq İnstitutunun Mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqi qənaətbəxş hesab edilib.