Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

AKADEMİK ŞAHİN MUSTAFAYEV TEHRANDA UNESCO-nun TƏDBİRİNDƏ İŞTİRAK EDİB

05 Sentyabr 2019

Sentyabrın 3-4 tarixində İran İslam Respublikasının paytaxtı Tehran şəhərində UNESCO-nun Tehrandakı nümayəndəliyi və İran Milli Kitabxanası və Arxivlər idarəsinin müştərək təşkil etdikləri beynəlxalq elmi-praktik tədbir həyata keçirilib. Tədbirin əsas məqsədi İpək Yolu ölkələrinin zəngin yazılı və sənədli irs nümunələrinin üzə çıxarılması və onların müştərək beynəlxalq nominasiyalar vasitəsi ilə UNESCO-nun “Dünya yaddaşı” reyestrinə daxil edilməsi yollarının müzakirəsi idi. Tədbirin açılışında UNESCO-nun Tehran klaster ofisinin rəhbəri C.Tsvetkovski, İranın Dövlət Arxivləri və Milli Kitabxanasının müdiri Ə.Borucerdi, İranın UNESCO üzrə Milli komissiyasının baş katibi H.Əyyubi və digər rəsmi şəxlər iştirak ediblər.



Görüşdə İran nümayəndələrindən başqa bir çox ölkələrdən, o cümlədən Avstraliya, Türkiyə, Pakistan, Hindistan, Əfqanıstan, Qazaxıstan, Tacikistan, Özbəkistandan gəlmiş ekspertlər, alimlər, arxiv və kitabxana işçiləri iştirak ediblər. Bu tədbirdə ölkəmizi AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini akademik Şahin Mustafayev təmsil edirdi. İki gün ərzində tədbir iştirakçıları öz ölkələrində UNESCO-nun “Dünya yaddaşı” proqramının məqsəd və layihələrinə uyğun istiqamətdə görülən işlər, İpək Yolu tarixi və mədəniyyəti ilə bağlı olan mövcud yazılı və sənədli abidələr, onların əsasında ortaq beynəlxalq layihələrin və nominasiyaların irəli sürülməsi və həyata keçirilməsi imkanları ətrafında məruzələr edib və geniş müzakirələr aparıblar. Ş.Mustafayevin Azərbaycanın qədim İpək Yolu ilə bağlı tarixi, zəngin yazılı mədəni irsi və geniş beynəlxalq əməkdaşlıq potensialı haqqında etdiyi məruzə iştirakçılar tərəfindən maraqla qarşılanmış və alqışlanmışdır.

Download Template Joomla 3.0 free theme.