Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

“İSLAM SİVİLİZASİYASI QAFQAZDA” II BEYNƏLXALQ SİMPOZİUMU ÇƏRÇİVƏSİNDƏ 3 PANEL YEKUNLAŞIB

12 İyul 2019

Azərbaycan İlahiyyat İnstitutu, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi və AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə Bakıda keçirilən “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun 3 panel iclası yekunlaşıb.

“Qafqazda multikulturalizm” mövzusunda təşkil edilən 1-ci panel Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov və Qriffis Universitetinin Mədəniyyət və Dinlərarası Dialoq Mərkəzinin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Brian J. Adamsın moderatorluğu ilə keçirilib.

 

Paneldə “Müasir dövrdə – XIX-XX əsrin I rübündə müsəlman dünyasında həyata keçirilən islahatlarda Qafqazın müsəlman türklərinin və Rusiyanın Avropa hissəsinin rolu”, “Udi xristian icmasının timsalında Azərbaycan multikulturalizmi: tarix və müasirlik”, “Qafqaz regionunda dialoq: müəyyənedicilər, müdafiəçilər və inkişaf etdirənlər”, “İslam dünyası və Qərb dünyası arasında dialoqun xüsusiyyətləri”, “Sülhün təmin olunmasında din-düşüncə əlaqələrinin aktuallığı”, “Ənənələr və islam prizmasından baxıldıqda, Şimal-Qərbi Qafqaz gənclərinin dəyər oriyentasiyaları”, “Qafqaz: xalqların vǝ dinlǝrin mozaikası”, “Ünsiyyət fəlsəfi problem kimi”, “Müqəddəs Cərcic ziyarətgahı multikulturalizm nümunəsi kimi”, “Orta əsrlərdə Azərbaycanda dini dözümlülük Avropa missionerlərinin əsərlərində” mövzularında məruzələr dinlənilib.

“İslam sivilizasiyası Qafqazda” araşdırma və təlim sahəsi kimi: metodoloji məsələlər, tarixi mənbələr, sənədlər və artefaktlar, mövzu üzrə akademik əməkdaşlıq” mövzusunda baş tutan ikinci paneldə Milli Məclisin deputatı, AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva və “əl-Fərabi” Qazax Milli Universitetinin professoru Orazgul Muxatova moderatorluq edib.

Məruzəçilər “AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda son iki onillikdə islamşünaslıq tədqiqatlarına dair”, “Alaniya-Osetiyada İslamın tarixi: əsas mərhələlər”, “Orta əsrlər azərbaycanlı müdərrislərin yetişməsində yerli və İslam dünyasının digər elm xadimlərinin rolu”, “SSRİ-nin dağılmasından sonra Şimali Qafqazda İslamın yayılması: yeni reallıqlar”, “Nadir şahın din siyasətinə Osmanlı dövlətinin münasibəti”, “Protestant diplomatiyasının Qafqaz səhnəsindən bir hissə: 1919-1920, Türkiyə və Azərbaycanın gizli razılıqları haqında iddialara əsasən”, “İslam mədəniyyətində millilik və dünyəvilik məsələləri”, “Nadir şah Əfşarın İslam dininə münasibətdə baxışlarına dair”, “Sovet hakimiyyətinin 1920-1940-cı illərində İslam dininə və onun komponentlərinə münasibət (Şəki qəzası timsalında)” mövzularında çıxışlar ediblər.

“Qafqazda din təhsilində məscid, mədrəsə və xanəgahların rolu” mövzusunda təşkil olunan üçüncü paneldə Rusiya Elmlər Akademiyası Dağıstan Mərkəzi Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun Şərq əlyazmaları şöbəsinin müdiri, professor Murtezali Hacıyev və Dağıstan Elmi Mərkəzi Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Şamil Şıxəliyev moderatorluq ediblər.

Günün birinci hissəsində baş tutan sonuncu paneldə “Elxanilər dövründə Nахçıvаn şəhər mədrəsələri”, “İnquşetiyada müsəlman təhsil sistemi”, “Cənubi Qafqazdan Balkanlara və ərəb ərazilərinə yayılan sufi ənənəsi: Xəlvətiyyənin Ramazaniyyə və Şabaniyyə qolları”, “Orta əsrlər Azərbaycan şəhərlərində fəaliyyət göstərən mədrəsələr”, “XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda təhsil islahatları: üsuli-cədid və Azərbaycan-rus məktəbləri”, “Azərbaycanın tarixi Zəngəzur qəzasında dini və dünyəvi təhsil (XIX əsrin sonu XX əsrin 20-ci illəri)”, “Ənənəvi ərəb dili qrammatikasının tədrisində Abdulqahir əl-Curcaninin “Avamil əl-Miə” əsəri mötəbər mənbə kimi (Qafqaz İslam təhsil müəssisələri nümunəsində)”, “Qafqazda dini təhsil sahəsində İrəvan məktəbinin rolu: İrəvanilər sülaləsinin nümunəsində” mövzularında məruzələr dinlənilib.

Xatırladaq ki, II Beynəlxalq Simpoziumda 11 paneldə 100-dən çox məruzəçi çıxış edir.

Konfransın məqalələrinin xülasələri “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun materialları (Tezislər)” başlığı altında kitab şəklində Azərbaycan dili ilə yanaşı, ingilis və rus dillərinə tərcümə olunaraq nəşr edilib.

Download Template Joomla 3.0 free theme.