Elm adamlarının hazırladıqları məruzələr Qafqazda İslam sivilizasiyası haqqında geniş informasiyaları əhatə edir. Belə bir simpoziumun keçirilməsinə görə Azərbaycan dövlətinə və təşkilatçılara təşəkkürümü bildirirəm.
“İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu islamşünas alimləri bir araya toplayıb. İnanıram ki, çox uğurlu nəticələr verəcək. Çünki Qafqazın təşəkkülündə İslam dini və mədəniyyəti mühüm rol oynayıb.
Bu fikri Türkiyənin Bilecik Universitetinin təsisçi rektoru, professor Azmi Özcan deyib. O bildirib ki, Simpoziumda Qafqaz regionunun və burada yaşayan insanların İslam mədəniyyətinə, sivilizasiyasına verdikləri və verə biləcəkləri töhfələr müzakirə olunur.