“AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda son iki onillikdə islamşünaslıq tədqiqatlarına dair”, “Alaniya-Osetiyada İslamın tarixi: əsas mərhələlər”, “Orta əsrlər azərbaycanlı müdərrislərin yetişməsində yerli və İslam dünyasının digər elm xadimlərinin rolu”, “SSRİ-nin dağılmasından sonra Şimali Qafqazda İslamın yayılması: yeni reallıqlar”, “Nadir şahın din siyasətinə Osmanlı dövlətinin münasibəti”, “İslam mədəniyyətində millilik və dünyəvilik məsələləri”, “Sovet hakimiyyətinin 1920-1940-cı illərində İslam dininə və onun komponentlərinə münasibət (Şəki qəzası timsalında)” və digər mövzularda məruzələri əhatə edəcək “İslam sivilizasiyası Qafqazda” araşdırma və təlim sahəsi kimi: metodoloji məsələlər, tarixi mənbələr, sənədlər və artefaktlar, mövzu üzrə akademik əməkdaşlıq” panel iclasının moderatorları Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, “əl-Fərabi” Qazax Milli Universitetinin professoru Orazgul Muxatova olacaqlar.
“Qafqazda din təhsilində məscid, mədrəsə və xanəgahların rolu” adlı üçüncü panelin moderatorları Rusiya Elmlər Akademiyası Dağıstan Elmi Mərkəzinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi Şamil Şıxəliyev və həmin institutun Şərq əlyazmaları şöbəsinin müdiri Mutezali Hacıyevdir. Paneldə islamşünas alimlər “Elxanilər dövründə Nахçıvаn şəhər mədrəsələri”, “İnquşetiyada müsəlman təhsil sistemi”, “Orta əsrlərin Azərbaycan şəhərlərində fəaliyyət göstərən mədrəsələr”, “XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda təhsil islahatları: “Üsuli-cədid və Azərbaycan-rus məktəbləri”, “Azərbaycanın tarixi Zəngəzur qəzasında dini və dünyəvi təhsil (XIX əsrin sonu XX əsrin 20-ci illəri)”, “Qafqazda dini təhsil sahəsində İrəvan məktəbinin rolu: İrəvanilər sülaləsinin nümunəsində” və digər məruzələrlə çıxış edəcəklər.
“Çar Rusiyasının Qafqazda İslam siyasəti” panelində müzakirələr Gürcüstanın G.Sereteli adına Şərqşünaslıq İnstitutunun direktoru, İliya Dövlət Universitetinin professoru George Sanikidzenin və Azərbaycan İlahiyyat İnstitutu Dinşünaslıq kafedrasının müdiri Elnurə Əzizovanın moderatorluğu ilə aparılacaq. İclasda “XX əsrin əvvəllərində müsəlman cəmiyyəti və onun Qafqazda və Avropa Rusiyasındakı islahatlar planı”, “Rus çarizminin Azərbaycanda müsəlman ruhaniliyinin təşkili istiqamətində strateji planları”, “Şimali Azərbaycanda Çar Rusiyasının din siyasətinin sosial-psixoloji aspektləri”, “Çar Rusiyasının Azərbaycan türklərinin assimilyasiyasına yönələn anti-İslam siyasəti”, “1801-1917-ci illərdə çarizmin Cənubi Qafqazda İslam siyasəti (arxiv materialları əsasında)”, “XIX-XX əsrin əvvəllərində Azərbaycanda İslam dininin vəziyyəti haqqında” mövzularında məruzələr dinləniləcək.
“Həsən Məlik Zərdabinin İslam haqqında görüşləri”, “İslam sivilizasiyasının inkişafında Azərbaycanın rolu”, “Orta əsrlər müsəlman Şərqində hürufilik təliminin ideya-siyasi və fəlsəfi aspektlərinə yeni baxış”, “Məhəmməd Əmin Sədrəddin Şirvani və əxlaq fəlsəfəsi”, “Azərbaycan maarifçilik hərəkatında maarifçi qadınlar”, “Qafqaz alimlərinin İslam dünyasında dəqiq, təbiət və humanitar elmlərin inkişafında rolu”, “Azərbaycan İslam fəlsəfəsinin bir bölgəsi kimi” və digər mövzularda məruzələrin dinləniləcəyi “Qafqaz alimlərinin İslam dünyasında dəqiq, təbiət və humanitar elmlərin inkişafında rolu” panel iclasında isə Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri Əhməd Niyazov, Türkiyənin İstanbul Sabahattin Zaim Universiteti Tarix fakültəsinin müəllimi, professor Muhammed Harb moderator olacaqlar.
Xatırladaq ki, “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu 11 paneli əhatə edir. Panellərdə 100-dən çox məruzəçinin çıxışları dinlənilir.
Tədbirin materialları kitab halında çap olunacaq.