Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünas alimin kitabı İranda çap olunub

11 Dekabr 2014

Tanınmış şərqşünas və tərcüməçi, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu İran filologiyası şöbəsinin müdiri Məsiağa Məhəmmədinin görkəmli İran şairi Söhrab Sipehrinin yaradıcılığından etdiyi tərcümələrdən ibarət “Suyun ayaq səsi” adlı kitab Tehrandakı “Təkderəxt” nəşriyyatında ərəb əlifbasında çap edilib.

 

Nəşrə Söhrab Sipehri yaradıcılığının bütün mərhələlərini əks etdirən seçmə şeirlərlə bərabər, məşhur “Suyun ayaq səsi” poemasının fars dilindən tərcüməsi daxil edilib.

Məsiağa Məhəmmədi kitaba geniş ön söz də yazaraq, şair olmaqla yanaşı, həm də istedadlı bir rəssam kimi tanınan Söhrab Sipehrinin həyat və yaradıcılığı, poeziyasının özünəməxsus cəhətləri, XX əsr modernist İran şeirinin inkişafında onun rolu və xidmətləri barədə oxuculara ətraflı məlumat verib.  

Min nüsxə tirajla işıq üzü görmüş kitabı Güney Azərbaycanın tanınmış şairi Səid Muğanlı nəşrə hazırlayıb, redaktoru Səhər Barani, rəssamı Səid Şeyxbəgludur.

Qeyd edək ki, Məsiağa Məhəmmədinin Söhrab Sipehri yaradıcılığından Azərbaycan dilinə etdiyi tərcümələr ilk dəfə 2010-cu ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “525 kitab” seriyasında çap olunub.

 

 

Download Template Joomla 3.0 free theme.