Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

“İSLAM SİVİLİZASİYASİ QAFQAZDA” İKİNCİ BEYNƏLXALQ SİMPOZİUMUNUN BÖLMƏ İCLASLARINA TANINMIŞ İSLAMŞÜNAS ALİMLƏR MODERATORLUQ EDƏCƏKLƏR

10 İyul 2019

İyulun 11-12-də Bakıda keçiriləcək “İslam sivilizasiyası Qafqazda” ikinci beynəlxalq simpoziumunun bölmə iclaslarına Türkiyənin “İzmir Katip Çelebi” Universitetinin rektoru, professor Saffet Köse, Rusiyanın Moskva İslam İnstitutunun rektoru, professor Damir Muxetdinov, Bolqar İslam Akademiyasının rektoru Daniyar Abdrəhmanov, Rusiya İslam İnstitutunun rektoru Rafiq Muxametşin, Özbəkistan Beynəlxalq İslam Akademiyasının rektoru, professor Şuhrat Yovkoçev, Rus-Ərəb Tədqiqatları və İnformasiya Fondunun direktoru Məcid Əbdüləziz əl-Turki moderatorluq edəcəklər.

 

Şərqşünaslıq İnstitutunun əməkdaşlarından “İslam Sivilizasiyası Qafqazda” araşdırma və təlim sahəsi kimi: metodoloji məsələlər; tarixi mənbələr; sənədlər və artefaktlar; mövzu üzrə akademik əməkdaşlıq” mövzusunda paneldə moderatorluğu institutun direktoru, akademik   Gövhər Baxşəliyeva, “Qafqazda İslamın yayılması”mövzusunda paneldə isə  t.ü.f.d., dos. Fərda Əsədov edəcəklər.

Download Template Joomla 3.0 free theme.