Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

“İSLAM SİVİLİZASİYASİ QAFQAZDA” İKİNCİ BEYNƏLXALQ SİMPOZİUMUNDA 100-DƏN ÇOX İŞTİRAKÇİ MƏRUZƏ EDƏCƏK

09 İyul 2019

İyulun 11-12-də Azərbaycan İlahiyyat İnstitutu, (Aİİ) İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi (IRCICA) və Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı keçiriləcək “İslam sivilizasiyası Qafqazda” ikinci beynəlxalq simpoziumunda 100-dən çox iştirakçı məruzə edəcək.

Məruzələr “İslam mədəniyyətinin Qafqazda dini və ictimai-mədəni həyata təsiri”, “Qafqazda İslam elmlərinin inkişafı”, “Qafqazda İslam memarlığı, incəsənəti və ədəbiyyatı”, “Azərbaycanda tolerantlıq və multikultural ənənələrin möhkəmləndirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rolu”, “Qafqazda İslamın yayılması”, “Qafqazda multikulturalizm”, “İslam sivilizasiyası Qafqazda araşdırma və təlim sahəsi kimi: metodoloji məsələlər, tarixi mənbələr, sənədlər və artefaktlar, mövzu üzrə akademik əməkdaşlıq”, “Qafqazda din təhsilində məscid, mədrəsə və xanəgahların rolu”, “Çar Rusiyasının Qafqazda İslam siyasəti”, “Qafqaz alimlərinin İslam dünyasında dəqiq, təbiət və humanitar elmlərin inkişafında rolu” panellərində dinləniləcək.

 

Xatırladaq ki, simpoziumun keçirilməsində məqsəd Qafqazda İslam sivilizasiyasının yayılması tarixinin elmi şəkildə öyrənilməsi və bu tarixin aktual problemlərinin obyektiv araşdırılmasıdır. Eyni zamanda, ölkəmizin uzunəsrlik tarixi keçmişə malik qarşılıqlı hörmətə əsaslanan milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühitinin dünyaya tanıdılmasıdır.

Beynəlxalq simpoziumda Türkiyənin “İzmir Katip Çelebi” Universitetinin rektoru, professor Saffet Köse, Rusiyanın Moskva İslam İnstitutunun rektoru, professor Damir Muxetdinov, Bolqar İslam Akademiyasının rektoru Daniyar Abdrəhmanov, Rusiya İslam İnstitutunun rektoru Rafiq Muxametşin, Özbəkistan Beynəlxalq İslam Akademiyasının rektoru, professor Şuhrat Yovkoçev, Rus-Ərəb Tədqiqatları və İnformasiya Fondunun direktoru Məcid Əbdüləziz əl-Turki iştirak edəcəklər.

Simpoziumun materialları kitab şəklində çap olunacaq.

Download Template Joomla 3.0 free theme.