Konqresi Sankt-Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı, Ermitaj Dövlət Muzeyinin direktoru, akademik Mixail Piatrovski və Sankt-Peterburq Dövlət Universitetinin Yaxın Şərq tarixi bölümünün rəhbəri, professor Nikolay Dyakov və universitetin digər dəyərli və qocaman alimləri öz giriş nitqləri və maraqlı çıxışları ilə açıblar.
Tədbirin “Qafqaz xalqlarının mənbəşünaslığı və tarixşünaslığı” bölümünün iclasında AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “İran tarixi və iqtisadiyyatı” şöbəsinin baş elmi işçisi, tarix üzrə elmlər doktoru, professor Solmaz Rüstəmova-Tohidi “Rusiya mənbələri Qafqazda “iranlı” icmasının formalaşması haqqında” adlı mövzuda çox geniş və maraqlı məruzə ilə çıxış edib.
Konqresin İ.M.Steplin-Kamenskiyə həsr olunmuş İran bölümündə isə AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “İran tarixi və iqtisadiyyatı” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əfşan Şəfiyeva “S.H.Tağızadənin əsərləri İranın modernləşmə tarixinin öyrənilməsində mənbə kimi” adlı mövzusunda maraqlı məruzə edib.
Konqres öz işini başa çatdırdıqdan sonra Azərbaycan alimləri Sankt-Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Dövlət imtahanlarında yaxından iştirak etmək üçün İmtahan komissiyası tərəfindən fəxri qonaq kimi dəvət olunub. Dövlət imtahanında Azərbaycan alimlərini tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi təmsil edib. Solmaz xanımın maraqlı və məzmunlu çıxışları , tövsiyələri Sankt-Peterburq Dövlət Universitetinin müəllim və tələbə heyətində çox böyük maraq doğurduğundan onu növbəti tədris ilində, Sankt-Peterburq Dövlət Universitetində akademik məruzələr etməyə dəvət ediblər.