Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNAS ALİM İLAHİYYAT İNSTİTUTUNDA 31 MART SOYQIRIMI BARƏDƏ MƏRUZƏ ETDİ

01 Aprel 2019

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş “Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı: keçmişdə və müasir dövrdə” mövzusunda dəyirmi masa təşkil olunub.

Tədbiri açan rektor Ceyhun Məmmədov ermənilərin azərbaycanlılara qarşı bütün dövrlərdə törətdikləri soyqırımına ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə siyasi qiymət verildiyini, martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini deyib. Rektor bildirib ki, ali təhsil müəssisəsi gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, milli-mənəvi dəyərlərin təbliği istiqamətində müxtəlif tədbirlər, görüşlər, dəyirmi masalar təşkil edir.

Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İranın tarixi və iqtisadiyyatı şöbəsinin baş elmi işçisi, professor Solmaz Rüstəmova Tohidi “Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı” mövzusunda məruzə ilə çıxış edib.

 

S.Rüstəmova bildirib ki, xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə aparılan etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasət Azərbaycan tarixinin faciələrlə, qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından deportasiya etmək, əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “böyük Ermənistan” dövləti yaratmaq olub. 31 mart qırğını isə xalqımıza qarşı zaman-zaman həyata keçirilən soyqırımı siyasətinin ən dəhşətli təzahürlərindən biridir.

Download Template Joomla 3.0 free theme.