Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNAS ALİMİN FARS DİLİ DƏRSLİKLƏRİ NƏŞR OLUNUB

29 Mart 2019

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aygün Əlizadənin “Fars dili” dərslikləri işıq üzü görüb. Bu dərsliklərdən biri ibtidai, ikincisi orta səviyyə üçün nəzərdə tutulub.  

 

Fars dilini daha rahat öyrənmək üçün müasir metodlara cavab verən, həm kitab, həm də CD-dən ibarət olan  ibtidai səviyyə üçün vəsaitdə 50 mətn, 30 cizgi filmi yer alır. Ona görə də kitab iki hissəyə bölünüb. Kitabın CD-sində birinci hissədəki mətnlərin oxunuşu və Azərbaycan dilinə tərcüməsi, ikinci hissədə cizgi filmlərinin tam mətni verilir. Kitabın birinci hissəsində fars dilinin qrammatikası qısa qaydalar şəklində və misallar əsasında izah olunur, ikinci hissədə isə danışıq dilinin qaydalarına yer verilir.  Qeyd etmək lazımdır ki, mətnlər ibtidai səviyyə üçün nəzərdə tutulduğundan dili sadə və danışıq dilinə yaxındır. 80 dərsin sonunda lüğət verilib. Lüğət sinonimlər, transkripsiya və tərcümədən ibarətdir. Bu da dili öyrənənlərin söz ehtiyatının qısa zamanda artmasına köməklik göstərəcək. Mətnlərdən sonra müxtəlif tapşırıqlar verilir ki, onların yerinə yetirilməsi həm öyrənilmiş sözlərin tətbiqinə, həm də oxunulan cümlənin tez bir zamanda dərkinə köməklik göstərəcək.

Orta səviyyə üçün nəzərdə tutulan vəsaitdə 35 mətn, 45 “Zarafat etdim” videosu, “Rüstəm və Söhrab” dastanının cizgi filmi, “Şeyx Sənan” dastanının və Cəlaləddin Ruminin “Məsnəvi-ye mənəvi” əsərindən yeddi hekayənin oxunuşu yer  alır. Kitabın birinci hissəsində mətnlər, ikinci hissədə filmlərin mətni verilir. Hər dərsin sonunda lüğət var.

Hər iki dərsliyin sonunda iki yüz zərbülməsəl də verilir.

     

 

Download Template Joomla 3.0 free theme.